Bank Of Baku

Marneulidə Azərbaycanın Respublika Günü münasibətilə tədbir keçirilib

Marneulidə Azərbaycanın Respublika Günü münasibətilə tədbir keçirilib
# 27 may 2009 14:08 (UTC +04:00)
Marneuli. Nizami Məmmədzadə - APA. Gürcüstan Azərbaycanlılarının Mədəniyyət Mərkəzi Azərbaycanın Respublika Günü münasibətilə tədbir keçirib. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, əvvəlcə iştirakçılar Tiflis şəhərində Heydər Əliyevin büstünün qarşısına və Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları Fətəli Xan Xoyski ilə Həsənbəy Ağayevin məzarlarına əklillər qoyublar. Sonra tədbir Marneuli şəhərindəki “Qaya” şadlıq sarayında davam etdirilib. Azərbaycan-Gürcüstan parlamentlərarası dostluq qrupunun rəhbəri, millət vəkili Qənirə Paşayeva çıxışında bildirib ki, Cənubi Qafqazda iki dövlət inamla gələcəyə doğru addımlayır: “Gürcüstanla əlaqələri genişləndirmək Azərbaycanın maraqlarına uyğundur. Cənubi Qafqazda xoşagəlməz oyunlar gedir, lakin gürcü və Azərbaycan xalqları müstəqilliklərini qoruyub saxlamağa qadirdir”.
ARDNŞ-nin Gürcüstandakı nümayəndəliyinin məsul işçisi Arif Əliyev isə deyib ki, xalqların yarada biləcəyi ən böyük şah əsər müstəqil dövlətdir: “Keçən əsrin əvvəllərində xalqlarımız müstəqilliklərini sonadək qoruyub saxlaya bilmədilər. Ancaq indi ikinci dəfə müstəqillik qazanmışıq. Heydər Əliyevin təbirincə desək, bu müstəqillik dönməz və əbədidir”.
Tədbirin sonunda Azərbaycanın tanınmış sənətçisi Elza Seyidcahan, həmçinin məktəblilər Azərbaycan və Gürcüstan haqqında mahnılar ifa ediblər və şeirlər söyləyiblər. “Sarvan” rəqs qrupu isə Azərbaycan və Gürcüstanın xalq rəqslərini ifa edib.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR