Bank Of Baku

Komsomolsk-Amurda 28 May – Respublika Gününə həsr olunmuş tədbir keçiriləcək

Komsomolsk-Amurda 28 May – Respublika Gününə həsr olunmuş tədbir keçiriləcək
# 27 may 2009 15:48 (UTC +04:00)
Bakı-APA. Sabah Xabarovsk vilayətinin Komsomolsk-Amur şəhərində Azərbaycanın diaspor təşkilatlarının iştirakı ilə 28 May – Respublika Gününə həsr olunmuş tədbir keçiriləcək. APA-nın məlumatına görə, tədbirin təşkilatçıları Komsomolsk-Amurda fəaliyyət göstərən “İnsan resursları” ictimai birliyi və Beynəlxalq Diaspor Mərkəzidir. Tədbirlə əlaqədar Beynəlxalq Diaspor Mərkəzinin nümayəndə heyəti Xabarovsk vilayətinə səfər edib. Bu gün “İnsan resursları” ictimai birliyinin ofisində Azərbaycandan gəlmiş nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə çıxış edən birliyin prezidenti Vaqif Abbasov və onun müavini Sərxan Əliyev Xabarovsk vilayətində çoxlu sayda soydaşımızın yaşadığını, onların təmsil olunduqları diaspor təşkilatlarının bölgənin ictimai-siyasi, mədəni həyatında mühüm rol oynadıqlarını bildiriblər. Görüşdə BDM sədri İsmayıl Ağayev, professor Vaqif Arzumanlı, Milli Qeyri-Hökumət Təşkilatları Forumunun rəhbəri Rauf Zeyni, sənətçi Şəmistan Əlizamanlı, “İnsan resursları” İctimai Birliyinin Azərbaycan nümayəndəliyinin rəhbəri Ələmdar Nəbiyev çıxış edərək Azərbaycan həqiqətlərinin dünyaya tanıdılmasında diaspor təşkilatlarının oynadığı rolun əhəmiyyətini vurğulayıblar. Daha sonra “İnsan resursları” İctimai Birliyi ilə Beynəlxalq Diaspor Təşkilatı arasında əməkdaşlıq haqqında saziş imzalanıb. Beynəlxalq Diaspor Təşkilatının Xabarovsk vilayətinə səfəri yerli kütləvi informasiya vasitələrinin də diqqət mərkəzində olub. Yerli telekanallar səfərlə bağlı məlumatlar yayımlayıblar. Sabah Beynəlxalq Diaspor Mərkəzinin rəhbərliyi Komsomolsk-Amur şəhərinin meriyasında görüşlər keçiriləcək. Şəhər rəhbərliyinin sabah Dostluq Mərkəzində 28 May – Respublika Günü münasibətilə keçiriləcək tədbirdə iştirakı gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR