Dünyanın müxtəlif ölkələrində 28 May – Respublika Günü münasibətilə tədbirlər keçirilib
Moskva. APA-nın Moskvadakı müxbirinin məlumatına görə, dünən Azərbaycanın Rusiyadakı səfirliyində Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 91-ci ildönümü münasibətilə təntənəli qəbul mərasimi keçirilib. Mərasimdə çıxış edən səfir Polad Bülbüoğlu Azərbaycan Xalq Cümhuriyyətinin qısa müddət ərzində fəaliyyət göstərməsinə baxmayaraq, bugünkü suveren dövlətimizin demokratik əsaslarını formalaşdırdığını deyib. Təntənəli mərasimdə Rusiya xarici işlər nazirlərinin müavinləri Doku Zavqayev və Aleksandr Yakovenko da çıxış edərək 28 May- Respublika Günü münasibətilə Azərbaycan xalqını təbrik ediblər. Tədbirə həmçinin Rusiya və Azərbaycanın rəsmi nümayəndələri, ictimai-siyasi mədəni dairələrinin təmsilçiləri də qatılıblar.
Nyu-York. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 91 illiyi münasibətilə ölkəmizin BMT yanında daimi nümayəndəliyi tərəfindən Nyu-Yorkda rəsmi ziyafət təşkil edilib. Nümayəndəlikdən APA-ya verilən məlumata görə, ziyafətdə BMT rəhbərliyinin nümayəndələri, BMT nəzdində fəaliyyət göstərən xarici dövlətlərin daimi nümayəndəliklərinin rəhbərləri, Nyu-Yorkda fəaliyyət göstərən Azərbaycan və yəhudi icmalarının rəhbərləri və üzvləri iştirak ediblər.
Tiflis. Dünən Gürcüstan paytaxtındakı "Mariot Tbilisi" otelində də Azərbaycanın Respublika Günü münasibətilə yüksək səviyyədə bayram tədbiri keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbirdə çıxış edən Azərbaycanın Gürcüstandakı səfiri Namiq Əliyev Azərbaycanın həyata keçirdiyi layihələrin Cənubi Qafqazda təhlükəsizliyi təmin etdiyini deyib. Daha sonra çıxış edən Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze Azərbaycan xalqını və hökumətini Respublika Günü münasibətilə təbrik edib. Tədbirə Gürcüstan parlamentinin vitse-spikeri Fridon Todua və eks-prezident Eduard Şevardnadze də iştirak edib. Gürcüstanın eks-prezidenti Eduard Şevardnadze APA-nın yerli bürosuna açıqlamasında bu bayramın həm də gürcülərin bayramı olduğunu deyib: “Bu bayramda gürcülər də iştirak edir, sevinir və biz birlikdə bu bayramı qeyd edirik. Axı, biz qardaşıq". Eks-prezident Gürcüstanda baş verən hadisələrə öz münasibətini bir neçə kəlmə ilə bildirib: "Hər şey öz həllini tapacaq". Bayram tədbirinə Gürcüstanda fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri, hərbi attaşelər, Azərbaycan və Gürcüstan parlamentlərinin deputatları, Gürcüstan Reinteqrasiya Nazirliyinin rəsmiləri, Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları, ARDNŞ-nin Gürcüstan nümayəndəliyinin rəhbərliyi, Kvemo-Kartli bölgə qubernatorluğunun nümayəndələri, Gürcüstan və Azərbaycanın media nümayəndələri qatılıblar.
Ottava. Azərbaycanın Kanadadakı səfirliyi və Ottavada yaşayan Azərbaycan icması 28 may - Respublika günü münasibətilə Ottava meriyası qarşısında üçrəngli bayrağımızın qaldırılması mərasimini təşkil ediblər. Üç il ardıcıl olaraq keçirilən tədbirdə ilk dəfə olaraq Azərbaycan və Türkiyənin səfirləri Fərid Şəfiyev və Rafet Akgünay iştirak ediblər. Azərbaycan icmasının rəhbəri Yaşar Moğanın giriş nitqindən sonra Azərbaycan və Türkiyənin Kanadadakı səfirləri çıxış ediblər. Daha sonra Ottava meriyası qarşısında Azərbaycanın bayrağı qaldırılıb, dövlət himni səsləndirilib. Həmin gün Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 91 illiyi ilə əlaqədar icma nümayəndələrimizin dəstəyi ilə Azərbaycan icmasının çoxluq təşkil etdiyi Toronto şəhərində və Kanadanın Alberta əyalətinin mərkəzi Edmontonda Azərbaycan bayrağı şəhər bələdiyyələrinin qarşısında yüksəldilib.
Amman. Azərbaycan Respublikasının milli bayramı 28 May – Respublika günü İordaniyada geniş şəkildə qeyd edilib. APA-nın məlumatına görə, bayram münasibətilə İordaniya Kralı Əlahəzrət II Abdullah ibn Hüseyn Azərbaycan prezidenti cənab İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Respublika Günü münasibətilə İordaniyanın müxtəlif dövlət qurumları, idarə və təşkilatları, ayrı-ayrı şəxslər tərəfindən səfirə təbrik məktubları göndəriblər.
Əlamətdar gün münasibətilə səfirlik tərəfindən Əmman şəhərinin nüfuzlu “Marriott” mehmanxanasında İordaniyanın rəsmi və işgüzar dairələrinin, ölkədə akkreditə olunmuş diplomatik missiyaların, ölkədə yaşayan Azərbaycan icmasının, yerli media orqanlarının və İordaniya-Azərbaycan Dostluq Cəmiyyətinin nümayəndələrinin, tanınmış ziyalıların iştirakı ilə ziyafət təşkil edilib. Tədbirə toplanan qonaqların sırasında İordaniya Kralının Divanının yüksək vəzifəli məmurları, Ali Təhsil və Elmi Tədqiqat Naziri, Dövlət Sektorun İslahatları Naziri, xarici işlər nazirinin müavini, ölkə parlamentinin üzvləri, İordaniya Silahlı Qüvvələrinin bir neçə generalı, İordaniya-Azərbaycan Dostluq Cəmiyyətinin Sədr müavini və Baş katibi və s. rəsmi şəxslər olublar.
Respublika günü münasibətilə İordaniya kütləvi informasiya vasitələrində müxtəlif məqalələr və materiallar, o cümlədən geniş oxucu auditoriyasına malik ərəbdilli gündəlik “Düstur” qəzetinin 28 may tarixli nömrəsində səfirin geniş məqaləsi dərc edilib.
Astana. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 91-ci ildönümü Qazaxıstanda da qeyd olunub. APA-nın Qazaxıstandakı müxbirinin verdiyi məlumata görə, Astanadakı “Xəzər” Mədəniyyət Mərkəzi və Qazaxıstan Azərbaycanlıları Mədəniyyət İttifaqının təşkil etdiyi tədbirdə Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi barədə söhbət açılıb, bu dövrün müstəqillik tariximizdə oynadığı rola diqqət ayrılıb. Tədbirdə Azərbaycanın Qazaxıstandakı səfiri Lətif Qəndilov da iştirak edib.
Vaşinqton. Vaşinqtonun mərkəzində yerləşən “Four Season” hotelində 28 May - Respublika Günü münasibəti ilə qəbul mərasimi keçirilib. APA-nın ABŞ bürosunun məlumatına görə, Azərbaycanın ABŞ-dakı səfirliyinin təşkil etdiyi qəbulda Vaşinqtonda akkreditasiya olunmuş səfirlər və onların işçiləri, aparıcı analitik mərkəzlərin təmsilçiləri, Azərbaycan icmasının üzvləri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan səfir Yaşar Əliyevin Şərq dünyasının ilk demokratik respublikasının tarixçəsi haqqında danışıb. Azərbaycan icmasının fəalları canlı olaraq Azərbaycan himnini və xalq folkloruna məxsus mahnıları ifa ediblər. 28 May - Respublika Günü ilə bağlı tədbirə qatılanlar arasında ABŞ sabiq müdafiə naziri Donald Ramsfeld, Türkiyənin səfiri Nəbi Şensoy da olub.
Xəbər Lenti
Times: Britaniyada deportasiya qərarı verilmiş 20 minə yaxın əcnəbi cinayətkar qalır
Tramp: Ukrayna ilə bağlı razılaşmaya çox yaxınıq
Sandu: Moldova Rusiya qazından tamamilə imtina edib
"Nvidia" rəhbəri casusluqda şübhəli bilinən qadınla münasibətinə görə araşdırmaya cəlb olunub
Tramp öldükdən sonra cənnətə düşəcəyinə ümid edir
Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur
Rubio Əbu-Dabi danışıqlarından gözləntiləri və əsas müzakirə mövzusunu açıqlayıb
Əbu-Dabidə keçiriləcək danışıqlarda Ukrayna nümayəndə heyətinin tərkibi məlum olub
Tramp miqrantların deportasiyası siyasətinin həddindən artıq sərt olduğunu etiraf edib
“Qalatasaray”ın keçmiş futbolçusu Cevad Prekazi vəfat edib
Tramp: İranın Xəzər dənizi vasitəsilə silah daşınmasının qarşısını almaq üçün xüsusi qrup fəaliyyətə başlayıb
Gəncədə 41 yaşlı kişi bıçaqlanıb
Almaniyada tələbələr noyabrın 20-də kütləvi tətil keçirməyi planlaşdırırlar
İstanbul ve Bursada tarixi tikililər Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb
Rusiya bir gündə Ukraynaya məxsus 50 PUA-nın vurulduğunu açıqlayıb
Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb - VİDEO
Azərbaycanda Dövlət Bayrağı Günüdür
İranın Qeşm adasında 4 partlayış baş verib
İsraildə ərəb partiyaları Ayzenkotla əməkdaşlığa hazır olduqlarını açıqlayıblar
Dublində avtomobil yeniyetmələrin üzərinə sürülüb, 8 nəfər xəsarət alıb
İran ABŞ-la təmasların dayandırılmasının səbəbini açıqlayıb
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub
Tramp: İranla genişmiqyaslı müharibənin yenidən başlaması ehtimalı azdır
ABŞ Konqresində demokratların lideri Pentaqon rəhbərinin impiçmentini dəstəkləyib
Al Arabiya: İraq nümayəndə heyəti ABŞ-ın mesajını İrana çatdırıb
Əraqçi: İran ABŞ-a Hörmüz boğazı ilə bağlı şərt qoyub
Naxçıvanda Zəfər Gününün 6 illiyi münasibətilə konsert və atəşfəşanlıq təşkil olunub
Xankəndidə Zəfər Günündə bayram konserti keçirilib - FOTO
İsrail Prezidenti Qadi Ayzenkota hökuməti formalaşdırmaq mandatı verib
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO
Hulusi Kılıç: Ərdoğan və Əliyevin Şuşadan verdiyi qardaşlıq mesajı bütün Türk dünyasının qürurudur
Misirdə sərnişin qatarlarının toqquşması nəticəsində ölənlərin sayı 7-yə çatıb - YENİLƏNİB
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO
Türkiyə mediası: Prezident İlham Əliyev COP31 sammitində iştirak edəcək
İstanbulda “15 Temmuz” körpüsündə Azərbaycan bayrağı proyeksiya olunub
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər
Azərbaycan və Türkiyə prezidentləri Xocalı şəhərində Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO - YENİLƏNİB
Yeni Zelandiyada parlament seçkilərinin qalibi müəyyənləşməyib
Türkiyə Super Liqası: “Fənərbaxça” səfərdə böyük hesablı qələbə qazanıb
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidenti ilə Şuşada görüşünə dair videoçarx paylaşılıb - VİDEO
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır - FOTO
İranda partlayışlar baş verib, Hörmüz boğazında gəmilərə hücum edilib - FOTO
Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO - VİDEO - YENİLƏNİB
Qazaxda yük avtomobilinin sürücüsü sükan arxasında ölüb
İranın Ali Milli Təhlükəsizlik Şurası Rəşt-Astara dəmir yolu layihəsi üzrə sazişi təsdiqləyib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollektivi Zəfər abidəsini ziyarət edib