Bank Of Baku

Berlində 28 May-Respublika Günü münasibətilə ARDNŞ-nin təqaüdçüsü olan tələbələrlə görüş keçirilib

Berlində 28 May-Respublika Günü münasibətilə ARDNŞ-nin təqaüdçüsü olan tələbələrlə görüş keçirilib
# 29 may 2009 10:02 (UTC +04:00)
Bakı-APA. Berlin şəhərindəki Texniki Universitetdə 28 May-Respublika Günü münasibətilə Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (ARDNŞ)n təqaüdçüsü olan tələbələrlə görüş keçirilib. Bu barədə APA-ya Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildirilib. Tədbir ARDNŞ-in təşəbbüsü və dəstəyi, Almaniyadakı Azərbacanlıların Koordinasiya Mərkəzinin təşkilatçılığı ilə təşkil olunub. Görüşün təşkilində Azərbaycan Respublikasının Almaniyadakı Səfirliyi və Alman-Azərbaycan Forumu da iştirak edib. Tədbirdə Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin icraçı kaibi Samira Patzer-İsmayılova, ARDNŞ-in idarə rəisi İlgar Əliyev, Alman Bundestaqının üzvü Eduard Lintner, Azərbaycanın Almaniyadakı Səfiriliyinin ikinci katibi Ramil Fərzəliyev və başqaları çıxış ediblər. Natıqlər Azərbaycanın Respublika Gününün tarixindən, Azərbaycan dövlətinin müstəqillik uğrunda keçdiyi mübarizə yolundan, müasir Azərbaycanın demokratik ənənələrə uyğun inkişafından, Azərbaycan dövlətinin təhsilə olan xüsusi diqqətindən danışıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR