Bank Of Baku

Kanadanın 3 şəhərinin meriya binaları önündə Azərbaycanın Respublika Günü münasibətilə təntənəli tədbirlər keçirilib

Kanadanın 3 şəhərinin meriya binaları önündə Azərbaycanın Respublika Günü münasibətilə təntənəli tədbirlər keçirilib
# 29 may 2009 10:09 (UTC +04:00)
Bakı-APA. Mayın 28-də Kanadanın Toronto, Ottava ve Edmonton şəhərləri Meriyalarının binası önündə Azərbaycanın dövlət bayramı-Respublika Günü münasibətilə təntənəli tədbirlər keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hər üç binanın önündə dövlət himnimizin sədaları altında Azərbaycan bayrağı yüksəldilib. Tədbirlərdən sonra meriyalarda rəsmi görüşlər keçirilib. Həm Azərbaycan bayrağının yüksəldildiyi mərasimdə, həm də rəsmi görüşlərdə Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları, Ontario Parlamentinin millət vəkilləri Reza Moridi və Monte Kvinter, Toronto Meriyasının məsul işçiləri, həmçinin Bələdiyyə surasının üzvü M. Feldman iştirak və çıxış ediblər.
Toronto meriyasının önündəki tədbirdən sonra Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və Kanada-Azərbaycan Təşkilatları Assambleyasının bir qrup üzvü Ontario Parlamentinə dəvət olunublar. Parlamentdə Dövlət Komitəsinin əməkdaşları Kanadada yaşayan azərbaycanlıların problemlərinin həllinə daim və aktiv kömək edən deputatlarla görüşüblər.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR