Bank Of Baku

ABŞ-ın Gürcüstandakı səfiri Marneulidə olub

ABŞ-ın Gürcüstandakı səfiri Marneulidə olub
# 29 may 2009 12:07 (UTC +04:00)
Marneuli. Nizami Məmmədzadə - APA. ABŞ-ın Gürcüstandakı səfiri Con Teft bu gün Marneuli şəhərində olub. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, səfir qeyri-hökumət təşkilatlarının, yeni yaranmış Bərabərlik Partiyasının və Gürcüstan Ombudsman aparatının nümayəndələri ilə görüşüb. Diplomat dəyirmi masa arxasında Marneulidə fəaliyyət göstərən QHT-lərin problemlərini dinləyib, azərbaycanlıları narahat edən problemlərlə maraqlanıb. C. Teft APA-ya açıqlamasında Kvemo-Kartlidə gedən prosesləri izlədiklərini və azərbaycanlıları ciddi narahat edən problemlərlə yaxından tanış olduqlarını söyləyib: “Marneuli rəhbərliyi ilə görüşümdə bu problemlərdən söhbət açacağam. Yaxşı oldu ki, mən azərbaycanlıların problemlərini onların nümayəndələrinin dilindən eşitdim”.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR