Bank Of Baku

Komsomolsk-Amurda Azərbaycan Xalq Cümhuriyyətinin ildönümü münasibətilə 91 salyut atəşi açılıb

Komsomolsk-Amurda Azərbaycan Xalq Cümhuriyyətinin ildönümü münasibətilə 91 salyut atəşi açılıb
# 29 may 2009 12:47 (UTC +04:00)
Xabarovsk-APA. Azərbaycan Xalq Cümhuriyyətinin 91-ci ildönümü münasibətilə Xabarovsk vilayətinin Komsomolsk-Amur şəhərində yerli icra və qanunverici orqanların nümayəndələrinin, vilayətdə fəaliyyət göstərən müxtəlif diaspor və ictimai təşkilatlarının iştirakı ilə böyük bayram tədbiri keçirilib. Beynəlxalq Diaspor Mərkəzindən APA-ya verilən məlumata görə, 500 nəfərin qatıldığı tədbirdə iştirakçılara Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi, mövcud olduğu 23 ay ərzində yaxın və uzaq ölkələrlə yaratdığı diplomatik əlaqələr barədə məlumat verilib. Daha sonra Azərbaycan Beynəlxalq Diaspor Mərkəzinin sədri İsmayıl Ağayev çıxış edərək bildirdi ki, şərqdə və bütöv türk dünyasında ilk Demokratik Cümhuriyyət yaradan Azərbaycanın siyasi tarixi üçün bu hadisənin çox böyük önəmi var: “Çünki hal-hazırda öz müstəqilliyini yaşayan Azərbaycan Respublikası 1918-ci ilin 28 mayında yaradılmış həmin Cümhuriyyətin varisidir”. Professor Vaqif Arzumanlı isə öz çıxışında Azərbaycan diasporunun min illərdən bəri mərhələ-mərhələ keçdiyi inkişaf yolu haqqında geniş danışıb. O, şəhər rəhbərliyinə Azərbaycan diasporu üçün yaratdığı şəraitə görə minnətdarlığını bildirib. Bu şəhərdə fəaliyyət göstərən “İnsan resursları” ictimai birliyinin sədri Vaqif Abbasov Azərbaycanın haqq səsinin doğma vətəndən min kilometrlərlə uzaqda yayılması üçün bundan sonra da əllərindən gələni əsirgəməyəcəyini deyib. Müğənni Şəmistan Əlizamanlının isə milli ruhumuza köklənmiş mahnıları zala toplaşan soydaşlarımızın alqışlarına səbəb olub. Tədbirin sonunda Komsomolsk - Amur şəhərinin mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 91-ci ildönümü ilə bağlı 91 salyut atəşi açılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR