Bank Of Baku

DAK-da daimi katiblik formalaşdırılıb

DAK-da daimi katiblik formalaşdırılıb
# 02 iyun 2009 12:10 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Dünya Azərbaycanlıları Konqresində daimi katiblik formalaşdırılıb və bir sıra nümayəndəliklərin rəhbərləri təyin olunub. Qurumun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, DAK həmsədrlərinin sərəncamları ilə təşkilatda struktur dəyişiklikləri həyata keçirilib. Mərkəzdə və strukturlarda işin sıx əlaqələndirilməsi, seçkili orqanların və həmsədrlərin qəbul etdiyi qərarların lazımı struktur və bölmələrə çatdırılması, sənədləşmə və qeydiyyat işlərinin həyata keçirilməsi məqsədilə DAK-ın tərkibində daimi katiblik formalaşdırılıb. Katibliyə Samir Əsədli rəhbər təyin olunub. DAK həmsədrlərinin digər sərəncamı ilə Ukrayna nümayəndəliyinin 16 may 2009-cu il tarixində keçirilmiş konfransının qərarları təsdiq edilib. Möhlət Yolçu oğlu Hüseynov Ukrayna, Araz Əlövsət oğlu Xudiyev Qazaxıstan, Ağası Baba oğlu Məmmədov (Ağası Hun) Moldova nümayəndəliklərinin rəhbəri təyin edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR