Bank Of Baku

Beynəlxalq Diaspor Mərkəzinin Ryazanda nümayəndəliyi yaradılıb

Beynəlxalq Diaspor Mərkəzinin Ryazanda nümayəndəliyi yaradılıb
# 02 iyun 2009 12:45 (UTC +04:00)
Bakı-APA. Beynəlxalq Diaspor Mərkəzinin sədri İsmayıl Ağayev və sədr müavini Eldar Rüstəmov, BDM-nin Lomonosov adına Moskva Dövlət Universiteti üzrə nümayəndəsi Nofəl Rüstəmov Ryazan səhərində Azərbaycan diasporunun nümayəndələri ilə görüş keçiriblər. BDM-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə Ryazan vilayətində fəaliyyət göstərən Azərbaycan cəmiyyətinin fəal üzvlərinin yekdil qərarı ilə BDM-nin Ryazanda yerli nümayəndəliyi açılıb və nümayəndəliyin sədri vəzifəsinə Elsən Əliyev seçilib.

BDM-nin Rusiyaya səfəri çərçivəsində Dünya Azərbaycanlıları Konqresinin Rusiya Federasiyasının Moskva nümayəndəliyinin sədri Mirəsrəf Fətiyevlə keçirilən görüşdə İsmayıl Ağayev Rusiya Federasiyasının Xabarovsk vilayətinin Komsomolsk-Amur səhərində keçirdikləri görüş barədə ətraflı məlumat verərək bidirib ki, Azərbaycan Demokratik Respublikasının yaradılmasının 91-ci ildönümü ilə bağlı tədbirin məhz Uzaq Şərqdə baş tutması Azərbaycan diasporunun yeni inkişaf fazasına keçdiyindən xəbər verir. BDM sədri iyunun 15-də Ağrıdağda keçirəcəkləri tədbir haqqında da geniş məlumat verib. Görüşün sonunda DAK-ın Moskva nümayəndəliyinə Səmistan Əlizamanlının “Gülüstan” adı diski, Xocalı soyqırımı ilə bağlı 2008-ci ilin 26 fevralında Türkiyənin İstanbul şəhərində keçirilən mitinq-yürüsü özündə əks etdirən disk hədiyyə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR