Bank Of Baku

İosif Şaqal: “İsrail prezidentinin Azərbaycana səfərini çox pozitiv qiymətləndirirəm”

İosif Şaqal: “İsrail prezidentinin Azərbaycana səfərini çox pozitiv qiymətləndirirəm”
# 02 iyun 2009 13:18 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. “İsrail prezidenti Şimon Peresin Azərbaycana səfərini çox pozitiv qiymətləndirirəm”. Bu açıqlamanı APA-ya Azərbaycan-İsrail (Azİz) Beynəlxalq Assosiasiyasının prezidenti, İsrail parlamentinin keçmiş üzvü, əslən Bakıdan olan İosif Şaqal verib. O, İsrail prezidentinin Azərbaycana ilk dəfə səfər etdiyini xatırladıb. İsrail prezidentinin Azərbaycana səfərinə İranın mənfi reaksiya verməsinə münasibət bildirən İ. Şaqal deyib ki, İsrail Azərbaycanın vəziyyətini yaxşı başa düşür, onun problemlərini bilir və Azərbaycanın ərazi bütövlüyünü birmənalı olaraq dəstəkləyir. “Bu qarşıdurmada İsrail Azərbaycanı birmənalı olaraq dəstəkləyir. Biz Azərbaycanın Yaxın Şərq problemlərinə anlayışla yanaşdığını görürük. İran qeyri-stabillik faktorudur, həm də tək sizin regionda yox. İran coğrafi cəhətdən bizim qonşumuz deyil, lakin aramızda 2 min kilometr məsafəmiz olsa da, biz bu ölkənin bizim regionda oynadığı neqativ, destruktiv rolu hiss edirik. Mən əminəm ki, İsrail prezidentinin Azərbaycana səfəri Tehranda çox neqativ qəbul olunur, artıq bununla bağlı rəsmi versiyalar, reaksiyalar da var. Qeyd etməliyəm ki, Azərbaycan çox ağıllı, balanslaşdırılmış xarici siyasət aparır, Azərbaycanın xarici siyasət kursu bütün ciddi oyunçular tərəfindən qəbul olunur”. Azərbaycanın İsraildə səfirlik açması ilə bağlı yayılan məlumatlara münasibət bildirən İ. Şaqal deyib ki, İsrail bunu 15 ildir ki gözləyir: “Biz bunu istərdik, lakin bu siyasi qərardır, hər şey regionda situasiyanın yaranmasından asılıdır. Azərbaycan sərhəddir, həm Qərbin, həm də Şərqin baxışları Azərbaycanın üzərindədir, belə bir şəraitdə İsraildə səfirlik açmaq haqqında qərar vermək çox çətindir”.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR