Bank Of Baku

Almaniya türk icmasının təmsilçiləri Avropa parlamentinə namizədlərlə görüşüblər

Almaniya türk icmasının təmsilçiləri Avropa parlamentinə namizədlərlə görüşüblər
# 03 iyun 2009 14:49 (UTC +04:00)
Bakı-APA. Avropa Parlamentinə keçiriləcək seçkilər ərəfəsində Almaniya Türk Toplumunun təmsilçiləri Almaniyanın aparıcı partiyalarından olan namizədlərlə görüşüblər. Bu barədə APA-ya Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildirilib. Məlumata görə, Almaniya Türk Toplumunun I vitse-prezidenti və Avropa Azərbaycanlıları Konqresinin fəxri prezidenti Bahəddin Qaya bildirib ki, bu görüş həmin partiyaların Avropa Parlamentinə keçiriləcək seçkilər ərəfəsində təqdim etdikləri fəaliyyət proqramları, platformaları ilə tanışlıq məqsədi daşıyıb. Görüşdə deputatlığa namizədlərin hazirladığı fəaliyyət proqramlarında Almaniyadakı türk diasporunun gələcəkdə Avropa cəmiyyətindəki mövqeyi və rolu barədə nəzərdə tutulan məqamlar, bu partiyaların Türkiyənin Avropa Birliyinə üzv qəbul ediməsinə münasibəti və digər aktual məsələlər müzakirə edilib. Goruşdə Avropa Parlamenti üzvlüyünə xristian-demokratların, sosial-demokratların, liberalların, solçuların, Yaşıllar Partiyasının təmsilçiləri, həmçinin Almaniya Bundestaqının üzvü Hakkı Keskin, BETAK Alman-Türk Qadınlar Cəmiyyətinin sədri Sema Özcan Sarıgül, Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin icracı direktoru Samirə Patzer-İsmayılova, Azərbaycan və türk diasporunun digər nümayəndələri iştirak ediblər. Avropa parlamentariliyinə iddialılarla görüş sual-cavab şəraitində keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR