Bank Of Baku

Bursa Axısxa Türkləri Dərnəyinin rəhbəri Hulusi Gümüş: “Gürcüstanda qəbul olunan qanun əsasında Axısxaya yerləşməyimiz mümkün deyil”

Bursa Axısxa Türkləri Dərnəyinin rəhbəri Hulusi Gümüş: “Gürcüstanda qəbul olunan qanun əsasında Axısxaya yerləşməyimiz mümkün deyil”
# 09 iyun 2009 10:03 (UTC +04:00)
İstanbul-APA. “1993-cü ildə yaradılan dərnəyimizin məqsədi postsovet məkanından Türkiyəyə köçmüş Axısxa türklərinə kömək etməkdir”. Bu açıqlamanı APA-ya Bursada fəaliyyət göstərən Axısxa Türkləri Dərnəyinin rəhbəri Hulusi Gümüş verib. Onun sözlərinə görə, Bursanın İnegöl qəsəbəsində məskunlaşan Axısxa türklərinin 90 faizi artıq Türkiyə vətəndaşlığı alıb: “Mayın 28-nə kimi Türkiyə vətəndaşlığına keçmək üçün müraciət edən soydaşlarımızın da yaxın 6 ay ərzində vətəndaşlıq alacağına inanıram”. Hulusi Gümüş Gürcüstanda qəbul olunan repatriasiya haqqında qanunun əslində Axısxa türklərinin vətənə geri dönməsinə maneələr yaratdığını deyib? “Vətənə qayıdışı qanunu” əslində “Vətənə dönməmə qanunu” adlandırılmalıdır. Çünki o qanun əsasında dədə-baba torpaqlarımıza qayıtmaq çox çətindir. O qanuna əsasən bizi Axısxaya yerləşməyimiz mümkün deyil. Bizim mülkiyyətimizi geri qaytarmırlar, vətəndaşlıq məsələsinə gəldikdə isə dövlət arxivlərindən elə sənədlər istəyirlər ki, onları tapmaq belə mümkün deyil. Mən başqa ölkələrə də getmişəm. Türkiyəyə hər kəs sərbəst gəlib-gedir. Düzdür, burada da bəzi çətinliklər olur. Məsələn, ölkənin əmək qanunvericiliyi Avropa İttifaqı qanunlarına uyğunlaşdırıldığına görə bu ölkədə sığortasız işləmək mümkün deyil. Biz Ankarada fəaliyyət göstərən federasiyamız vasitəsilə bu problemi hökumətə çatdırdıq. Hökumət qərar və qətnamələr vasitəsilə bu işi həll etdi. Hazırda Türkiyədə yaşamaq hüququ olan Axısxa türklərinin işləməsinə əngəl yaradılmır. Yaşamaq üçün icazəsi olmayanlar belə sərbəst şəkildə təhsil alırlar”. Hulusi Gümüş 2006-cı ildə Azərbaycanda qurultay keçirdiklərini xatırladıb: “Biz özümüzü Azərbaycan və Türkiyədən ayrı görmürük ki? Orada bizim nə problemimiz ola bilər? Zamanın gətirdiyi bəzi sıxıntılar hamımıza aiddir. Ən qısa müddətdə Azərbaycanın dünyanın böyük dövlətləri ilə eyni sırada olacağına inanıram”.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR