Bank Of Baku

Rusiya Mədəniyyət və İnformasiya Mərkəzində Rusiya Gününə həsr olunmuş tədbir keçirilib

Rusiya Mədəniyyət və İnformasiya Mərkəzində Rusiya Gününə həsr olunmuş tədbir keçirilib
# 09 iyun 2009 11:50 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. Bakıda fəaliyyət göstərən Rusiya Mədəniyyət və İnformasiya Mərkəzində iyunun 12-də qeyd olunan Rusiya Gününə həsr olunmuş tədbir keçirilib. APA-nın məlumatına görə, tədbirdə İsmayıllının İvanovka kəndində yaşayan əhalinin xalq yaradıcılığından nümunələr «Molokan dünyası» adlı mədəni proqramda təqdim olunub. İvanovka kənd orta məktəbinin dərs hissə müdiri N. Jabina kəndin 150 illik tarixindən danışıb, kəndin müasir həyatından kadrlar nümayiş olunub. Tədbirdə həmçinin molokanların kompakt yaşadığı Şamaxının Çuxur-Yurd kəndinin özfəaliyyət kollektivi də çıxış edib, Şamaxı rayon rus icmasının sədri M. Kojevnikovaya Rusiya Federasiyasının Xaricdə yaşayan Soydaşların İşi üzrə Hökumət Komissiyasının fəxri fərmanı təqdim olunub. Tədbirin sonunda “Puşkiniana” layihəsi çərçivəsində keçirilmiş müsabiqələrin qaliblərinin çıxışı olub.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR