Bank Of Baku

“Borçalı” Cəmiyyəti Gürcüstan prezidentinə müraciət hazırlayıb

“Borçalı” Cəmiyyəti Gürcüstan prezidentinə müraciət hazırlayıb
# 11 iyun 2009 10:37 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev – APA. “Borçalı” İctimai Cəmiyyətinin sədri Zəlimxan Məmmədli mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, Z. Məmmədli Gürcüstanın Borçalı bölgəsindəki problemlərdən danışıb. Onun sözlərinə görə, bu problemlər əsasən işsizlik, vaxtilə baş vermiş qanunsuzluqlar, türk mənşəli tarixi toponimlərin dəyişdirilməsi, torpaq islahatlarındakı ədalətsizliklər və təhsil sahəsindəki çatışmazlıqlarla bağlıdır: “Təbii yolla yaranan problemlərin həlli siyasi sabitlikdə, demokratik inkişafda Azərbaycan və Gürcüstan ictimaiyyətləri arasında qarşılıqlı münasibətlərin qurulmasındadır. Süni problemlər isə Gürcüstanın siyasi hakimiyyətinin iradəsindən asılıdır. Bizim təşkilat mövcud problemlərin həll edilməsi ilə bağlı Gürcüstan prezidentinə müraciət hazırlayıb”.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR