Bank Of Baku

Surqutda Fərman Salmanovun ev-muzeyinin qarşısında onun büstü qoyulub

Surqutda Fərman Salmanovun ev-muzeyinin qarşısında onun büstü qoyulub
# 12 iyun 2009 12:04 (UTC +04:00)
Surqut. R. Mətləboğlu-APA. Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin təşkilatçılığı ilə Sibir neftini kəşf edən tanınmış geoloq Fərman Salmanovun xatirəsini əbədiləşdirmək məqsədilə onun ev muzeyinin qarşısında büstünün açılış mərasimi keçirilib. APA-nın Moskvadakı müxbirinin verdiyi məlumata görə, Fərman Salmanovun büstü Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin maddi yardımı ilə tanınmış peterburqlu heykəltəraş Yan Neyman tərəfindən hazırlanıb. Aзılış mərasimində çıxış edən Surqut şəhər meri Aleksandr Sidorov tədbirin keçirildiyi yerin tarix olduğunu deyib: “Çünki müasir Surqutun tarixi məhz bu yerdən başlayır. Bu gün biz bir daha Fərman Salmanova böyük təşəkkürümüzü bildiririk. Onun xatirəsi həmişə qəbimizdə yaşayacaq, onun enerjisi bu günə kimi də qurmaqda, yaratmaqda davam edəcək”.

Tədbirdə Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin sədri Leyla Əliyevnın məktubu oxunub. Toplantıda çıxış edən Surqut rayon icra hakimiyyətinin rəhbəri Dmitri Makuşenko, Azərbaycanın Sankt-Peterburqda baş konsulu Qüdsi Osmanov Fərman Salmanovla bağlı fikirlərini söyləyib, onun gördüyü işlərdən söhbət açıblar. Daha sonra büstün qarşısına gül dəstələri qoyulub, iştirakçılar Fərman Salmanovun ev-muzeyini ziyarət edib, xatirə dəftərinə öz fikirlərini yazıblar. Büstün açılışı mərasiminə Fərman Salmanovun ailə üzvləri də qatılıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR