Bank Of Baku

“Gürcüstanda yaşayan soydaşlarımızın təhsil və mədəniyyət sahəsindəki problemləri” mövzusunda dəyirmi masa keçirilib

“Gürcüstanda yaşayan soydaşlarımızın təhsil və mədəniyyət sahəsindəki problemləri” mövzusunda dəyirmi masa keçirilib
# 16 iyun 2009 13:42 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Bu gün Gürcüstanda fəaliyyət göstərən “Qeyrət” Xalq Hərəkatı “Gürcüstanda yaşayan soydaşlarımızın təhsil və mədəniyyət sahəsindəki problemləri” mövzusunda dəyirmi masa keçirib. APA-nın məlumatına görə, hərəkatının sədri Əlibala Əsgərov bildirib ki, Gürcüstanda əhalinin sayına görə, ikinci yerdə olan azərbaycanlıların təhsil və mədəniyyət problemləri dövlətə edilən müraciətlərə baxmayaraq, həllini tapmayıb. Onun sözlərinə görə, Gürcüstanın təhsil qanununa edilən son dəyişikliklərdən sonra isə azərbaycanlıların ana dilində təhsil almasında problemlər yaranıb: “Gürcüstanda fəaliyyət göstərən 168 Azərbaycan məktəbindən bu gün yalnız 120-si qalıb. Tədbirlər görülməsə Azərbaycan məktəblərinin hamısı fəaliyyətini dayandıracaq”. Azərbaycan məktəblərində keçilən dərslərin gürcü dilində tədris olunduğunu söyləyən Ə. Əsgərov təhsil müəssisələrində Azərbaycan dilində ancaq ana dili və ədəbiyyat fənlərinin tədris olunduğunu qeyd edib: “Ayrı-seçkilik salmaq istəmirik. Amma azərbaycanlı məktəblərinə gürcü direktorlar təyin olunur. 100-200 kilometr uzaqda olan bölgələrindən milliyətcə gürcülər bu məktəblərə direktor gətirilir. Gürcüstan təhsil qanununda məktəb direktorlarını məktəbdə fəaliyyət göstərən direktorlar şurası seçməli olduğu halda, həmin qanun Azərbaycan məktəblərində yalnız kağız üzərindədir”.
Gürcüstan parlamentinin sabiq deputatı Zümrüd Qurbanov isə bildirib ki, əgər Azərbaycanla Gürcüstan strateji müttəfiqdirlərsə, iki ölkə arasında belə problem olmamalıdır: “Avropa Konvensiyasına görə, azərbaycanlıların ana dili onların kompakt yaşadıqları ərazilərdə hakim dil olmalıdır. Lakin bu gün azərbaycanlıların bu hüququ da kağız üzərində qalıb”.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR