Bank Of Baku

İsveçrədə gimnaziya şagirdləri üçün Azərbaycan haqqında məlumat xarakterli dərslər keçilib

İsveçrədə gimnaziya şagirdləri üçün Azərbaycan haqqında məlumat xarakterli dərslər keçilib
# 17 iyun 2009 14:00 (UTC +04:00)
Bakı-APA. Bern Maarif İdarəsinin təşəbbüsü ilə bu şəhərin gimnaziyasının 2 qrupunun şagirdləri üçün Azərbaycan haqqında məlumat xarakterli dərslər keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, “Sovet Ittifaqı və Azərbaycan” mövsuzunda keçirilən bu xüsusi dərslərdə Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzin(AİMM) prezidenti Qasım Nəsirov şagirdlərə ətraflı bilgi təqdim edib. Hər iki qrupa keçirilən dərs yüksək səviyyədə hazırlanıb və müasir texnoloji nailiyyətlərdən istifadə olunub. Əyani vəsaitlərlə keçirilən dərsdə 43 şagirdə və gimnaziyanın müəllimlərinə Azərbaycanın Sovet İttifaqının tərkibində olduğu vaxtlarda vəziyyəti, Bakıda “20 Yanvar” qırğınının törədilməsi, eləcə də ermənilərin Azərbaycana xalqına qarşı həyata keçirdiyi terror aktları, həmçinin Ermənistanın torpaqlarımızın 20 faizini işğal etməsinə dair maraqlı və geniş məlumatlar verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR