Bank Of Baku

Qazaxıstan Beynəlxalq İqtisadiyyat və Ticarət Universitetində Qazaxıstan-Azərbaycan Dostluq Assosiasiyasının iş otağı açılıb - FOTOSESSİYA

Qazaxıstan Beynəlxalq İqtisadiyyat və Ticarət Universitetində Qazaxıstan-Azərbaycan Dostluq Assosiasiyasının iş otağı açılıb - <font color=red>FOTOSESSİYA</font>
# 17 iyun 2009 14:15 (UTC +04:00)
Astana. Ləman Ağayeva - APA. Astana şəhərindəki Qazaxıstan Beynəlxalq İqtisadiyyat və Ticarət Universitetində Qazaxıstan-Azərbaycan Dostluq Assosiasiyasının iş otağının açılışı olub. APA-nın Qazaxıstan və Mərkəzi Asiya üzrə müxbirinin məlumatına görə, iş otağının açılışında Azərbaycanın Qazaxıstandakı səfiri Lətif Qəndilov, universitetin professor-müəllim heyəti və Qazaxıstandakı Azərbaycan diasporunun nümayəndələri iştirak edib. L. Qəndilov çıxışında bildirib ki, 2007-ci ildə təsis olunan Qazaxıstan-Azərbaycan Dostluq Assosiasiyası iki dövlət arasında mövcud olan isti münasibətlərin təzahürüdür. Assosiasiyanın sədri Asxad Şakirov isə müxtəlif materiallar, videolentlər, tarixi kitablar vasitəsilə Azərbaycan həqiqətlərini Qazaxıstan və Mərkəzi Asiya məkanında yaydıqlarını, universitetin bütün tələbələrinin Qarabağ münaqişəsinin mahiyyətindən xəbərdar olduqlarını söyləyib. Tədbirin sonunda Azərbaycan səfirliyi tərəfindən iş otağına Bakının rəmzi olan hədiyyə təqdim edilib. Universitetin rektoru Qalimbek Seyitkasımov da öz növbəsində türk dünyasının tarixindən bəhs edən yeni çapdan çıxmış kitabı assosiasiyanın iş otağına hədiyyə edib.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR