Bank Of Baku

DAK rəhbərliyi İrandakı vəziyyətlə bağlı mətbuat konfransı keçirib

DAK rəhbərliyi İrandakı vəziyyətlə bağlı mətbuat konfransı keçirib
# 18 iyun 2009 10:55 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev-APA. Dünya Azərbaycanlıları Konqresinin (DAK) rəhbərliyi mətbuat konfransı keçirib. APA-nın xəbərinə görə, tədbir İranda keçirilən prezident seçkilərinin nəticələrinə həsr olunub. DAK həmsədri, millət vəkili Sabir Rüstəmxanlı İranda seçkidən sonra xarici KİV-lərin fəaliyyətinə ciddi maneələr törədildiyini deyib: “Seçkidən əvvəl süni demokratik ab-hava yaradılsa da, seçki sonrası ilk etiraz səslənən kimi rejimin mahiyyəti özünü göstərib. İranda Mahmud Əhmədinejadın prezident olmasını istəmirlər. Güman olunurdu ki, seçkiləri Mirhüseyn Musəvi udacaq. Belə olan halda nəticə elan olunanda ciddi narazılıq yaradıb”.

S. Rüstəmxanlı deyib ki, İran bu gün 1979-cu ildən sonra ciddi bir dövr yaşayır: “Seçkini yenidən keçirməklə bağlı çağırışlar var. Mirhüseyn Musəvinin türk əsilli olduğu bildirilir. Ancaq bir fakt da qeyd olunmalıdır ki, İrandakı milli hərəkat hakimiyyət uğrunda mübarizəyə qoşulmur”.
DAK-ın digər həmsədri Firudin Pərviz Niya isə deyib ki, İranda hətta hakimiyyətə türk əsilli şəxs gəlsə də, bu, türklər üçün heç nə vəd etmir. İranda sistem dəyişməlidir: “Bizim millətimiz İranda prosesə qoşulmamaqla düzgün yol tutdu”.
Tədbirin sonunda DAK-ın İrandakı vəziyyətlə bağlı bəyanatı oxunub.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR