Bank Of Baku

2009-2011-ci illərdə Gürcüstanda 22 məktəb tikiləcək

2009-2011-ci illərdə Gürcüstanda 22 məktəb tikiləcək
# 25 iyun 2009 09:35 (UTC +04:00)
Tiflis. Nizami məmmədzadə-APA.Gürcüstan Təhsil və Elm Nazirliyində "2009-2011-ci illərdə məktəb tikintisi məsələsi" müzakirə olunub. Nazirliyin mətbuat xidmətindən APA-nın yerli bürosuna verilən məlumata görə, nazir Nika Qvaramiyanın iştirak etdiyi iclasda Gürcüstanda tikiləcək 22 məktəbin standartlara uyğun tikilməsi və layihələrə edilən əlavə və təkliflər üzərində fikir mübadiləsi aparılıb. Ekspert arxitektorların da qatıldığı tədbirdə qeyd edilib ki, Gürcüstanda tikiləcək yeni tikililər və məktəb strukturu yeni təhlükəsizlik prinsiplərinə, Avropa standartlarına uyğun tikiləcək. Bu il azərbaycanlıların kompakt yaşadığı Marneuli bğlgəsində də məktəb tikintisi və təmiri ьзьn 600 min lari vəsayit ayrılıb. Marneuli Rayon Təhsil Resursları Mərkəzinin rəhbəri Kamandar İsmayılov APA-ya bildirib ki, bir neзə gьnə soydaşlarımızın təhsil aldığl Alget 2 saylı orta məktəbin şagirdləri ьзьn 250 yerlik yeni məktəb binasının tikintisinə başlanılacaq. Bununla bərabər, digər məktəb korpuslarına yeni əlavə tikililər artırılacaq, qapı-pəncərələr dəyişdiriləcək, təmir işləri aparılacaq və istilik sistemi quraşdırılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR