Bank Of Baku

Marneulidə Azərbaycanlıların Mədəniyyət Mərkəzində tədbir keçirilib

Marneulidə Azərbaycanlıların Mədəniyyət Mərkəzində tədbir keçirilib
# 25 iyun 2009 15:03 (UTC +04:00)
Marneuli. Nizami Məmmədzadə-APA. Marneulidə Azərbaycanlıların Mədəniyyət Mərkəzində Gürcüstan Regional İnkişaf Nazirliyinin xətti ilə tədbir keçirilib. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, tədbiri Gürcüstan Ombudsman aparatının Kvemo-Kartli nümayəndəliyinin rəhbəri Elbrus Məmmədov açıb. Tədbirdə Kvemo-Kartli bölgəsində yaşayan soydaşlarımızın problemləri və onların həlli yolları müzakirə edilib. Regional İnkişaf Nazirliyinin məsul işçiləri də tədbirə qatılıb. Tədbirdə bölgədə fəaliyyət göstərən QHT-lərın nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən Marneuli rayon Bələdiyyəsinin sədri Ayvaz İsmayılov qeyd edilən problemlərə öz münasibətini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR