Bank Of Baku

Bolnisidə "Gürcü və Azərbaycan xalqının Dostluq Günü" qeyd olunub

Bolnisidə "Gürcü və Azərbaycan xalqının Dostluq Günü" qeyd olunub
# 29 iyun 2009 06:49 (UTC +04:00)
Bolnisi. Nizami Məmmədzadə-APA. Gürcüstanda azərbaycanlıların kompakt yaşadıqları Bolnisi rayonunun Kəpənəkçi (Kvemo Bolnis) kəndində Bakıda fəaliyyət göstərən "Kəpənəkçi" Xeyriyyə Cəmiyyətinin təşəbbüsü ilə "Gürcü və Azərbaycan xalqının Dostluq Günü" adlı bayram tədbiri keçirilib. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, "Kəpənəkçi" Xeyriyyə Cəmiyyətinin sədri Rəşid Bədəlov tədbirin hər il ənənəvi şəkildə keçiriləcəyini bildirib.
Tədbirdə Kvemo-Kartli qubernatoru David Kirkitadze, Azərbaycan-Gürcüstan parlamentlərarası dostluq qrupunun rəhbəri, millət vəkili Qənirə Paşayeva, Gürcüstan pezidentinin anası Quili Alasaniya, Gürcüstan Yazıçılar İttifaqının sədri Vaja Otarişvili, Azərbaycan Aşıqlar Birliyinin sədri, xalq şairi Zəlimxan Yaqub, Marneulidəki Azərbaycanlıların Mədəniyyət Mərkəzinin rəhbəri Fazil Həsənov və digər qonaqlar çıxış ediblər.
Tədbirdə Gürcüstan parlamentinin İnsan Hüquqları Komitəsinin sədri, parlamentin azərbaycanlı deputatları, və digər dövlət rəsmiləri, Borçalının digər kəndlərindən gələn nümayəndələr iştirak ediblər.
Tədbirdə Azərbaycan gələn sənətçilər Səkinə İsmayılova, Nazpəri Dostəliyeva, Gülüstan Əliyeva, Vəfa Orucova, İlkin Əhmədov, gürcü rəqs ansamblları, Marneulidə fəaliyyət göstərən "Sarvan" milli rəqs qrupunun üzvləri çıxış ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR