Bank Of Baku

İsveçrədə Azərbaycan gecəsi keçirilib

İsveçrədə Azərbaycan gecəsi keçirilib
# 29 iyun 2009 14:38 (UTC +04:00)
Bakı-APA. İsveçrənin Bern şəhərindəki Mədəniyyətlər və Tədris Mərkəzində Azərbaycan gecəsi keçirilib. Bu barədə APA-ya Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildirilib. Məlumata görə, Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzinin (AİMM) təşkil etdiyi gecə Azərbaycan xalqının zəngin mədəniyyətinin təbliği məqsədi daşıyıb. Bern şəhərindəki Mədəniyyətlər və Tədris Mərkəzinin təşəbbüsü ilə keçirilən və yalniz isveçrəli qonaqların dəvət olunduğu tədbirdə AİMM rəhbəri Qasım Nəsirov Azərbaycan mədəniyyəti, milli musiqisi barədə ətraflı məlumat verib, xüsusilə də Azərbaycan rəqslərinin incəliklərini iştirakçılara izah edib, bir neçə rəqsin tarixindən söz açıb. Sonaxanım Əliyeva qonaqlara “Qaval”, “Tərəkəmə” və “Ağ çiçəyim” rəqslərini təqdim edib.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR