Bank Of Baku

Berlində Azərbaycan və türk diaspor nümayəndələrinin iştirakı ilə dəyirmi masa keçiriləcək

Berlində Azərbaycan və türk diaspor nümayəndələrinin iştirakı ilə dəyirmi masa keçiriləcək
# 30 iyun 2009 14:44 (UTC +04:00)
Bakı-APA. İyulun 1-də Berlində yerləşən Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzində (AAKM) Azərbaycan və türk diaspor nümayəndələrinin iştirakı ilə dəyirmi masa keçiriləcək. Bu barədə APA-ya Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib. Tədbirdə Azərbaycan Respublikasının Almaniyadakı səfiri Pərviz Şahbazov da iştirak edəcək. AAKM-nin icraçı direktoru Samirə Patzer İsmayılovanın verdiyi məlumata görə, görüşün keçirilməsinin əsas məqsədi Berlindəki türk diaspor təşkilatlarını AAKM-nin fəaliyyəti ilə tanış etmək, əməkdaşlığın daha sıx və səmərəli yollarını araşdırmaqdır. Dəyirmi masada türk icmalarının rəhbərlərinə AAKM haqqında ətraflı məlumat veriləcək, alman cəmiyyətinə Azərbaycan haqqında bilgilərin vaxtaşırı ötürülməsi ilə yanaşı türk və digər xalqların diaspor təşkkilatlarının da ölkəmiz barədə müfəssəl məlumatlandırılması yolları, türklərin və azərbaycanlıların birgə lobbiçilik fəaliyyəti müzakirə olunacaq.
Görüşdə Avropa Azərbaycanlıları Konqresinin, Almaniya-Azərbaycan Həmrəylik Cəmiyyətinin, Berlin-Bakı Rəsm Qalereyasının, Azərbaycan Kültür Ocağının, Azərbaycan-Alman Mərkəzinin rəhbərliyi, eləcə də Almaniyadakı Türk Camaatının, Türk-Alman Mərkəzinin, Atatürk Düşüncə Mərkəzinin, Türk Gənclik və İdman Mərkəzinin, türk iş adamlarının təmsilçiləri iştirak edəcəklər. Dəyirmi masaya Almaniyada təhsil alan azərbaycanlı tələbələr də dəvət olunublar.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR