Bank Of Baku

Azərbaycandan olan tədqiqatçı Almaniyada “Dağlıq Qarabağ münaqişəsində sülh üçün gözlənilməz şans“ mövzusunda məruzə ilə çıxış edib

Azərbaycandan olan tədqiqatçı Almaniyada “Dağlıq Qarabağ münaqişəsində sülh üçün gözlənilməz şans“ mövzusunda məruzə ilə çıxış edib
# 01 iyul 2009 08:14 (UTC +04:00)
Bakı-APA. Azərbaycandan olan tədqiqatçı - Almaniyanın Mannhaym Universitetinin siyasi elmlər üzrə doktorantı Azər Babayev Almaniyadakı Azərbaycanlıların Əlaqələndirmə Mərkəzində (AAKM) “Dağlıq Qarabağ münaqişəsində sülh üçün gözlənilməz şans“ mövzusunda məruzə ilə çıxış edib. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Berlin parlamentinin deputatı Andreas Köhlerin (SPD fraksiyası) moderatorluq etdiyi tədbirdə Almaniyanın müxtəlif təşkilatlarının nümayəndələri, Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər. Azər Babayev məruzəsini əsasən Cənubi Osetiya hadisələrindən sonra Dağlıq Qarabağ münaqişəsi ətrafındakı proseslərə həsr edib. O, diqqəti ilk növbədə bu məsələyə çəkib ki, Cənubi Osetiya hadisələrindən sonra Qərbin aparıcı gücləri regionla bağlı siyasətlərinə düzəlişlər etməyə can atırlar və xüsusən də Rusiya tərəfindən dövlət müstəqilliklərinin tanındığı Cənubi Osetiya və Abxaziyanın Dağlıq Qarabağ üçün presedent hala çevrilməsinə qarşıdırlar. Bununla yanaşı, Qərb siyasi dairələri ümumən ərazi bütövlüyü prinsipinin bu tip münaqişələrin həllində xüsusi rolunu önə çəkməyə başlayıblar. Digər tərəfdən Ermənistanın regional təcrid vəziyyəti Cənubi Osetiya hadisələri kontekstində bir daha üzə çıxardı ki, rəsmi İrəvan uzun müddətə Dağlıq Qarabağın müstəqilliyini təmin etmək gücündə deyil. Bu mənada regional sabitliyin, xüsusən də iki vacib qonşu dövlət – Türkiyə və Azərbaycan ilə normal münasibətlər qurmağın əhəmiyyəti Ermənistan üçün çox artıb. Son dövrdə rəsmi İrəvanın Türkiyə ilə yaxınlaşmaya xüsusilə can atmasını da bu mənada dəyərləndirmək olar.
Tədbiri „Deutsche Welle“ alman radiosu lentə alıb.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR