Bank Of Baku

Berlində Azərbaycan və türk diaspor nümayəndələrinin iştirakı ilə dəyirmi masa keçirilib

Berlində Azərbaycan və türk diaspor nümayəndələrinin iştirakı ilə dəyirmi masa keçirilib
# 02 iyul 2009 12:17 (UTC +04:00)
Bakı-APA. Berlində yerləşən Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzində Azərbaycanın Almaniyadakı səfirliyinin dəstəyi ilə Azərbaycan və türk diaspor nümayəndələrinin iştirakı ilə dəyirmi masa keçirilib. Bu barədə APA-ya Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildirilib.
Tədbiri açan AAKM-nin icraçı direktoru Samira Patzer-İsmayılova Berlindəki türk diaspor təşkilatlarına qurumun fəaliyyəti ilə bağlı məlumat təqdim edib. Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov isə öz çıxışında Azərbaycan və türk xalqlarınınn tarixi və mədəni əlaqələrindən, müasir dövrdə bu əlaqələrin mühümlüyündən danışıb, gələcəkdə bu sahədə fəaliyyətin genişləndirilməsinin vacibliyini vurğulayıb. Avropa Azərbaycanlıları Konqresinın fəxri prezidenti Bahəddin Qaya görüşün içtirakşılarını müzakirələrə dəvət edib. Dəyirmi masaya qatılan diaspor fəallarına Azərbaycan və türk icmalarının daha sıx və səmərəli əməkdaşlığının yollarını araşdırmaq, alman cəmiyyətinə Azərbaycan haqqında bilgilərin vaxtaşırı ötürülməsi ilə yanaşı türk və digər xalqların diaspor təşkilatlarının da ölkəmiz barədə müfəssəl məlumatlandırılması variantları, türklərin və azərbaycanlıların birgə lobbiçilik fəaliyyəti və digər məsələlər barədə fikir mübadiləsi aparıblar.
Tədbirdə Almaniyadakı Türk və Azərbaycan diasporunun gələcək planları barədə də söhbət aşılıb. Sonda belə görüşlərn gələcəkdə mütəmadi keçirilməsi qərara alınıb.
Görüşdə Türk-Alman İş Adamları Birliyi, Almaniya Türk Toplumu, Türk – Alman Mərkəzi, Müsaid Berlin, Türk Camaatı, Atatürk Düşüncə Dərnəyi, Türk Spor Mərkəzi, Alman Azərbaycan Həmrəylik Cəmiyyəti, Alman-Azərbaycan Akademiklər Birliyi, Almaniya Azərbaycan Cəmiyyətləri Federasyoonu və digər diaspor təşkilatlarının nümayəndələri, həmçinin Almaniyada təhsil alan tələbə və gənc mütəxəssislər iştirak ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR