Bank Of Baku

Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin yaranmasının yeddi ili tamam olur

Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin yaranmasının yeddi ili tamam olur
# 06 iyul 2009 08:44 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin yaranmasının yeddi illiyi qeyd olunub. APA-nın məlumatına görə, bu münasibətlə Fəxri Xiyabana gələn komitə əməkdaşları Heydər Əliyevin məzarını ziyarət edib, gül dəstələri qoyublar. Fəxri Xiyabanda jurnalistlərə açıqlama verən Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov deyib ki, yeddi il əvvəl belə bir qurumun yaradılması ilə dünyadakı soydaşlarımızın Azərbaycan dövlətinin ətrafında sıx birləşməsinə start verilib. Onun sözlərinə görə, hazırda Azərbaycan dövlətinin qarşıya qoyduğu ən prioritet məsələlərdən biri də dünya azərbaycanlıların sıx birləşməsini təmin etməkdir: “Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında diaspor təşkilatlarımızın mühüm rolu var. Son vaxtlar dünyanın bir çox dövlətləri Azərbaycanın təcrübəsindən istifadə edərək özlərində diasporla iş üzrə dövlət təşkilatları yaradırlar və bizim təcrübəmizi öyrənirlər”.

N. İbrahimov deyib ki, hazırda Azərbaycanın diaspor təşkilatları fəaliyyət göstərdikləri ölkələrin ictimai-siyasi həyatında daha çox təmsil olunmağa çalışırlar.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR