Bank Of Baku

Nazim İbrahimov: “İsraildə özünü azərbaycanlı hesab edən yüz minədək adam yaşayır”

Nazim İbrahimov: “İsraildə özünü azərbaycanlı hesab edən yüz minədək adam yaşayır”
# 06 iyul 2009 09:33 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. “İsraildə çox böyük Azərbaycan diasporu var. Bu ölkədə özünü azərbaycanlı hesab edən yüz minədək adam yaşayır. Orada “AZİZ” (Azərbaycan-İsrail Assosiasiyası – APA.) deyilən təşkilat yaradılıb. Bu təşkilat Azərbaycandan köçüb gedən yəhudiləri və azərbaycanlıları özündə birləşdirən güclü bir qurumdur”. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov deyib. O, “AZİZ”in İsrail dövləti tərəfindən tam dəstəkləndiyini bildirib və təşkilatın Azərbaycanla bağlı böyük işlər gördüyünü söyləyib: “İsrail parlamentində Xocalı soyqrımı ilə bağlı məsələ tez-tez gündəmə gətirilir”.

N. İbrahimov İsrail prezidenti Şimon Peresin Azərbaycana səfərinin iki ölkənin diaspor təşkilatları arasında əlaqələri gücləndirəcəyini də vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR