Bank Of Baku

Qazaxıstan dövlət sərhədini qanunsuz keçən azərbaycanlı haqqında cinayət işi başlanıb

Qazaxıstan dövlət sərhədini qanunsuz keçən azərbaycanlı haqqında cinayət işi başlanıb
# 20 iyul 2009 07:24 (UTC +04:00)
Astana. Ləman Ağayeva-APA. Bu günlərdə Şimali Qazaxıstanın Pavlodar vilayətində Daxili İşlər Departamentinin miqrasiya idarəsinin qanunsuz miqrasiyanın qarşısını almaq üçün keçirdiyi “Miqrant” operativ - əməliyyat tədbirləri zamanı 33 yaşlı azərbaycanlı, Mingəçevir şəhərində anadan olmuş Əziz Şahid oğlu Həsənov saxlanılıb. Pavlodar vilayəti Daxili İşlər Departamentinin mətbuat xidmətinin katibi Janna Bilyalovanın APA-nın Qazaxıstandakı müxbirinə verdiyi məlumata görə, iyulun 10-da Pavlodar məhkəməsi soydaşımızın şəhəri tərk etməsi barədə qərar çıxarsa da, o bu qərarı yerinə yetirməyib. Buna görə də Qazaxıstan dövlət sərhədini qanunsuz keçdiyinə görə Əziz Həsənov barədə cinayət işi başlanılıb və icazəsiz yaşayış yerini tərk etməməsi üçün ondan iltizam alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR