Bank Of Baku

Azərbaycanın Gürcüstandakı səfiri Marneuli kəndlərində olub

Azərbaycanın Gürcüstandakı səfiri Marneuli kəndlərində olub
# 22 iyul 2009 09:27 (UTC +04:00)
Bakı – APA. İyulun 21-də Azərbaycanın Gürcüstandakı səfiri Namiq Əliyev Marneuli rayonuna səfər edib. Azərbaycanın Gürcüstandakı səfirliyindən APA-ya verilən məlumata görə, səfir azərbaycanlılar yaşayan Qızılhacılı, Qaçağan, Sadaxlı, Təzəkənd, Burma, Quşçu və Qasımlı kəndlərində olub. Sakinlərlə görüşən N. Əliyev onların problemləri, yerli məktəblərin vəziyyəti, kəndlərin su ilə təminatı, işlə təminat və digər məsələlərlə maraqlanıb. O, Qaçağan və Sadaxlı kənd kitabxanalarına kitablar hədiyyə edib. Diplomat Marneulidə inşa olunan Olimpiya İdman Kompleksinin tikintisinin gedişi ilə də tanış olub.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR