Bank Of Baku

Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi Gürcüstanda səfərdədir

Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi Gürcüstanda səfərdədir
# 22 iyul 2009 15:18 (UTC +04:00)
Marneuli. Nizami Məmmədzadə - APA. Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi Füzuli Nəcəfov Gürcüstanda gürcü dili kurslarının yekun imtahanları ərəfəsində bu kursların fəaliyyəti ilə maraqlanıb. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, gürcü dili kurslarının bir illik fəaliyyəti ilə bağlı Marneuli Mədəniyyət Mərkəzində keçirilən tədbirə dövlət dilini öyrənən şagirdlər və onların valideynləri qatılıblar. Onlar çıxışlarında bu layihənin həyata keçirilməsində verilən maddi dəstəyə görə Azərbaycan hökumətinə minnətdarlıqlarını ifadə ediblər. Kursların təşkilində məqsəd azərbaycanlıları qəbul imtahanlarına hazırlamaq olub. Bu məqsədlə Gürcüstan Təhsil və Elm Nazirliyi gürcü dilinin tədris edildiyi 50 məktəbə 4000 ədəd dərslik, şagirdlər üçün yazı dəftərləri və müəllimlər üçün metodiki vəsaitlər göndərib. Gürcüstanın XII illik təhsil sisteminə keçməsi ilə əlaqədar bu il azərbaycanlılar ali məktəblərə qəbul imtahanlarında iştirak etmir. Məhz bu səbəbdən gürcü dilini öyrətmə kursları gələn il öz bəhrəsini verəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR