Bank Of Baku

Gürcüstanda yaşayan azərbaycanlı gənclərin Forumu keçiriləcək

Gürcüstanda yaşayan azərbaycanlı gənclərin Forumu keçiriləcək
# 23 iyul 2009 07:40 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə - APA. Gürcüstanda yaşayan azərbaycanlı gənclərin Forumu keçiriləcək. Bu barədə APA-nın Gürcüstan bürosuna Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Füzuli Nəcəfov məlumat verib. O, qeyd edib ki, tədbir bu ilin oktyabr-noyabr aylarında Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə baş tutacaq. Forumda Gürcüstanda yaşayan azərbaycanlı gənclərin problemlərindən, təhsilindən və onların gələcəkdə gürcü cəmiyyətinə necə inteqrasiya olunmasından, bu gənclərin dövlət və hökumət strukturlarında mövqe tutması məsələləri müzakirə olunacaq və həlli yolları axtarılacaq. Tədbirdə Gürcüstanda fəaliyyət göstərən QHT-lərin gənclər təşkilatlarının nümayəndələri iştirak edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR