Bank Of Baku

Azərbaycan hökuməti Gürcüstanda azərbaycandilli mətbuatın inkişafına diqqəti artırır

Azərbaycan hökuməti Gürcüstanda azərbaycandilli mətbuatın inkişafına diqqəti artırır
# 23 iyul 2009 08:38 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə - APA. Son illər Gürcüstanda soydaşlarımızın kompakt yaşadığı bölgələrdə azərbaycandilli mətbuat inkişaf edir. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, əvvəllər bu bölgələrdə iki dildə - gürcü və azərbaycan dillərində rayon qəzetləri buraxılıb.
SSRİ-nin süqutundan sonra soydaşlarımızın yaşadığı bölgələrdə azərbayandilli qəzetlərin əksəriyyəti bağlanıb. Bütün bunları dərindən öyrənib araşdırma aparan Diasporla İş üzrə Dövlət Komitəsi Gürcüstanda yaşayan və fəaliyyət göstərən qəzet redaktorlarına, QHT-lərə tövsiyə edib ki, komitəyə Gürcüstanda azərbaycandilli mətbuatın inkişafı barədə layihələr təqdim etsinlər. Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi Füzuli Nəcəfov bildirib ki, APA-nın Gürcüstan bürosuna açıqlamasında bu ildən başlayaraq Gürcüstanda azərbaycandilli mətbuatın inkişafı öz tarixi ənənəsini davam etdirəcək: “Komitənin dəstəyi ilə hazırda Gürcüstanda bir neçə qəzet və jurnal öz fəaliyyətlərini genişləndirib. «Meydan» gənclik jurnalı, «Region Press» həftəlik qəzeti, aylıq «Ziya», «Qeyrət», «Gürcüstan azərbaycanlıları» qəzetləri bu qəbildəndir. Düşünürük ki, bu qəzetlər gələcəkdə həftəlik qəzet kimi fəaliyyət göstərə bilər. Bunun üçün qəzetlərin mükəmməl və professional yaradıcı kollektivləri olmalıdır. Bu təklif üzərində işləyəcəyik. Gələcəkdə belə mətbuat orqanlarının sayı artacaq. Bu, soydaşlarımıza çatdırılacaq informasiyanın bolluğu deməkdir. Diasporla İş Üzrə Dövlət Komitəsinin belə təqdirəlayiq layihələri öz müsbət nəticələrini verib”.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR