Bank Of Baku

Gürcüstanın Reinteqrasiya Nazirliyi ilə Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi əməkdaşlıq edəcək

Gürcüstanın Reinteqrasiya Nazirliyi ilə Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi əməkdaşlıq edəcək
# 24 iyul 2009 07:26 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə - APA. Dünən Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Füzuli Nəcəfov Gürcüstanın reinteqrasiya məsələləri üzrə dövlət nazirinin müşaviri Savalan Mirzəyevlə görüşüb. APA-nın məlumatına görə, görüşdə reinteqrasiya məsələləri üzrə dövlət nazirinin müşaviri komitə əməkdaşına yeni və maraqlı təkliflə müraciət edib. Gələcəkdə Reinteqrasiya Nazirliyi ilə Diasporla İş üzrə Dövlət Komitəsinin birgə əməkdaşlıq məsələsi irəli sürülüb. F. Nəcəfov bu təklifi dəstəkləyib və gələcəkdə bu vacib məsələnin üzərində düşünəcəklərini bildirib, bu səmərəli təklifi komitə rəhbərliyinə çatdıracağını söyləyib.
Görüşdə həmçinin soydaşlarımızın yaxın gələcəkdə gürcü cəmiyyətinə inteqrasiya olunması və gənclərin irəli çəkilməsi, onların Gürcüstanın dövlət və hökumət quruculuğunda ləyaqətli vətəndaş kimi təmsil olunması, fəaliyyət göstərməsi müzakirə edilib. Qeyd olunub ki, Reinteqrasiya Nazirliyi Azərbaycan hökumətinin həyata keçirdiyi soydaşlarımıza gürcü dilini öyrətmə kursları layihələrini alqışlayır və gələcəkdə reinteqrasiya məsələləri üzrə dövlət nazirliyinin azərbaycandilli məktəblərdə dövlət dilinə olan marağı nəzərə alaraq keçirilən saatların artırılması məsələsində kömək olunması nəzərdə tutulur.
Gürcüstana gələcək səfərlərdə Diasporla İş üzrə Dövlət Komitəsi rəsmisinin APA-ya açıqlamasında qeyd olunub ki, Gürcüstanın reinteqrasiya məsələləri üzrə dövlət naziri Temur Yakobaşvili ilə görüşlər planlaşdırılacaq və bu görüşlərdə soydaşlarımızı narahat edən problemlərin həlli gündəmə çıxarılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR