Bank Of Baku

“Borçalı türklərinin elat mədəniyyət günləri” keçirilib

“Borçalı türklərinin elat mədəniyyət günləri” keçirilib
# 27 iyul 2009 07:44 (UTC +04:00)
Dmanisi. Nizami Məmmədzadə - APA. Gürcüstanın Dmanisi rayonunda “Borçalı türklərinin elat mədəniyyət günləri” adlı tədbir keçirilib. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, Bakıda fəaliyyət göstərən “Borçalı” Cəmiyyətinin təşəbbüsü ilə keçirilən tədbiri folklorşünas Elxan Məmmədli açıb. Sonra Kvemo-Kartli bölgə qubernatorunun müavini Hüseyn Yusifov, din adamı İmam Yasin, “Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli, professor Camal Mustafayev, Dmanisi rayon İcra Hakimiyyətinin başçısı Bakur Mqeladze, Gürcüstan parlamentinin deputatı Azər Süleymanov, şair Eyvaz Borçalı, Azərbaycan parlamentinin üzvü Nəsib Nəsibli, ARDNŞ Gürcüstan nümayəndəliyinin rəsmisi Arif Əliyev, tərcüməçi Zezva Medulaşvili, şairə Səadət Buta, “Gürcüstan” qəzetinin redaktoru Süleyman Süleymanov və başqaları çıxış edərək hamını birliyə, dostluğa çağırıblar.

Tədbirdə Gürcüstan və Azərbaycan rəqs ansambllarının ifasında müxtəlif rəqslər nümayiş etdirilib, Borçalı aşıqlarının ifasında aşıq havaları səsləndirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR