Bank Of Baku

Gürcüstan azərbaycanlılarının Ziyalılar Birliyi Azərbaycan prezidentinə müraciət edib

Gürcüstan azərbaycanlılarının Ziyalılar Birliyi Azərbaycan prezidentinə müraciət edib
# 03 avqust 2009 16:02 (UTC +04:00)
Marneuli. Nizami Məmmədzadə-APA. Gürcüstan Azərbaycanlılarının Ziyalılar Birliyi prezident İlham Əliyevə müraciət qəbul edib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, müraciətdə bu ölkədə yaşayan soydaşlarımızın problemlərinə toxunulur: “Gürcüstanda yaşayan azərbaycanlıların problemlərinin ən başlıcası təhsil problemidir. Son illər bölgələrdə Azərbaycan dilində fəaliyyət göstərən məktəblərin iş prosesini öyrənərək bu qənaətə gəlmişik ki, soydaşlarımızın təhsil aldığı maarif ocaqlarında kadr potensiyalı getdikcə azalır. Hazırda Gürcüstanda Azərbaycan dilində təhsil verən 124 məktəbdə 4000-dən artıq şagird təhsil alır. Soydaşlarımızın təhsil aldığı bu maarif ocaqlarında 4000-ə yaxın müəllim işləsə də, burada 1600 nəfər pedaqoji kadr çatışmazlığı var. Bu məktəblərdə kadr potensiyalını tarazlaşdırmaq üçün müəllim peşəsinə yiyələnmiş kadrların yetişdirilməsi müasir şəraitdə ən vacib məsələlərdən biridir”. Azərbaycan prezidentinə müraciətdə vurğulanıb ki, məktəblərin pedaqoji kadrlara olan ehtiyacını ödəmək məqsədilə keçmiş İlya Çavçavadze adına Dövlət Universitetinin Marneuli filialının bazasında Gürcüstan-Azərbaycan Humanitar Universiteti yaradılıb və onun fəaliyyəti çatışmayan pedaqoji kadrların hazırlanmasına yönəldilib. Gürcüstan Azərbaycanlılarının Ziyalılar Birliyi prezident İlham Əliyevdən xahiş edib ki, bu universitetin maddi-texniki bazasının müasir tələblərə uyğun qurulması üçün müvafiq orqanlara göstəriş versin.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR