Bank Of Baku

Azərbaycanlıların Mədəniyyət Mərkəzi Zalqa rayonunda yaşayan soydaşlarımıza yardım edib

Azərbaycanlıların Mədəniyyət Mərkəzi Zalqa rayonunda yaşayan soydaşlarımıza yardım edib
# 10 avqust 2009 13:44 (UTC +04:00)
Marneuli. Nizami Məmmədzadə-APA. Gürcüstanın Marneuli rayonunda fəaliyyət gцstərən Azərbaycanlıların Mədəniyyət Mərkəzinin əməkdaşları Gürcüstanın ucqar dağ rayonu olan Zalqada yaşayan 25 ailəyni ərzaq məhsulları ilə təmin edib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbirdə Mədəniyyət Mərkəzinin təhsil şöbəsinin rəhbəri Mikayıl Mustafayev və mərkəzin əməkdaşları iştirak ediblər. Mərkəzin təhsil şöbəsinin rəhbəri Mikayıl Mustafayev APA-ya bildirib ki, ucqar ərazilərdə yaşayan soydaşlarımızın çoxsaylı problemləri var: “100 nəfərlik şagird kontingenti olan Ərcivan-Sarvan kənd məktəbinin acınacaqlı vəziyyəti, binanın qəza şəraitində olması, texniki avadanlığın çatışmaması bizə bu kənddə maarifin hansı səviyyədə olduğunu göstərir. Özündə 4 kəndi birləşdirən Ərcivan-Sarvan kənd ərazi nümayəndəliyində yanacağa ehtiyacın olduğu aydınlaşdı, daha 50 ailənin imkansız halda yaşadığı məlum oldu”.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR