Bank Of Baku

Azərbaycanda səfərdə olan Türk Cümhuriyyətləri Birliyi Koordinasiya Mərkəzinin rəhbəri mətbuat konfransı keçirib

Azərbaycanda səfərdə olan Türk Cümhuriyyətləri Birliyi Koordinasiya Mərkəzinin rəhbəri mətbuat konfransı keçirib
# 12 avqust 2009 14:37 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Bu gün Azərbaycanda səfərdə olan Türk Cümhuriyyətləri Birliyi Koordinasiya Mərkəzinin rəhbəri Can Seven mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, Can Seven səfər çərçivəsində Azərbaycan mədəniyyət və turizm naziri, xarici işlər naziri və Prezident Aparatının təmsilçiləri ilə görüşmək arzusunda olduğunu vurğulayıb. C. Seven deyib ki, rəhbərlik etdiyi Türk Cümhuriyyətləri Birliyi Koordinasiya Mərkəzi 2007-ci ildə Türkiyədə yaradılan özəl bir təşkilatdır: “Bu təşkilat 16 min elm adamı ilə bərabər qurulub. Əsas istəyimiz isə yeddi türk cümhuriyyətinin bir araya gətirmək və daha yaxından bir-birlərini tanımalarına yardım etməkdir. Azərbaycana səfərimdə əsas məqsədim isə Bakıda Türk Cümhuriyyətləri Birliyi Koordinasiya Mərkəzinin ofisini açmaqla bağlı müzakirələr aparmaqdır”. C.S evenin sözlərinə görə, yeddi türk cümhuriyyətinin paytaxt şəhərlərində koordinasiya mərkəzinin yaradılması çox vacibdir: “Azərbaycana səfərim də məhz bu məqsədlədir”.
Mərkəz rəhbəri deyib ki, türk dövlətlərinin paytaxt şəhərlərində mərkəzlər yaradıldıqdan sonra gələn il üçün yeddi türk cümhuriyyətindən ümumilikdə 2500 nəfərdən ibarət olan nümayəndə heyətinin Türkiyəyə səfərini təşkil ediləcək. Səfər çərçivəsində bütün türk dövlətlərindən təmsil olunan nümayəndə heyətinin iştirakı ilə müxtəlif mövzulara həsr olunmuş toplantılar keçiriləcək. C.Sevenin sözlərinə görə, Türk Cümhuriyyətləri Birliyi Koordinasiya Mərkəzi TÜRKSOY-la birgə mədəniyyət sahəsində geniş tədbirlərin keçirilməsi də planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR