Bank Of Baku

Braziliyada “Xocalıya Ədalət” kampaniyasının təqdimatı keçirilib

Braziliyada “Xocalıya Ədalət” kampaniyasının təqdimatı keçirilib
# 18 avqust 2009 08:42 (UTC +04:00)
Bakı-APA. Avqustun 15-də Braziliyanın ən iri şəhəri olan San-Pauloda Qlobal Gənc Yaşıllar Hərəkatının (“Global Young Greens”) beynəlxalq tədbiri çərçivəsində İKT Gənclər Forumunun təşəbbüsü ilə beynəlxalq səviyyədə həyata keçiriləm “Xocalıya Ədalət” kampaniyasına dəstək olaraq kampaniyanın deklarasiyasına imza toplama aksiyası başlayıb. Qeyd edək ki, aksiya “Yaşıl Planet” adlı layihə çərçivəsində keçirilib. Tədbir təhsil ocaqlarında və QHT yığıncaqlarında baş tutub. Tədbirdə kampaniya haqqında video-klipin təqdimatı keçirilib və Xocalı qırğını haqqında məlumatlandırıcı materiallar paylanılıb. Daha sonra aksiyanın təşkilatçısı olan “Global Young Greens” Hərəkatı tədbir iştirakçılarından müsahibə götürüb və iştirakçılar baş verən hadisəyə və kampaniyaya öz münasibətlərini bildiriblər. “Youtube” saytında yerləşdirilməsi planlaşdırılan klipdə müxtəlif millətləri təmsil edən gənc Qarabağ münaqişəsi haqqında aldıqları məlumatdan irəli gələn təəssüratlarını ifadə ediblər. Eyni zamanda tədbir iştirakçıları Ermənistanda kampaniyanın rəsmi saytına girişə qadağa qoyulmasına qarşı etirazlarını bildiriblər və kampaniya tərəfindən hazırlanan BMT, Avropa Şurası, ATƏT və Ermənistan hökumətinə ünvanlanan müraciət formasına imza ataraq Yerevan rejiminin bu addımına beynəlxalq təşkilatların diqqətini cəlb ediblər. Aksiyanın sonunda “Xocalıya Ədalət” kampaniyasını dəstəkləyən hər kəs təşkilatçılar tərəfindən təqdim olunan müvafiq dəstək formasına imza atıb.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR