Bank Of Baku

Azərbaycanın Qırğızıstandakı səfirliyində diaspora fəalları ilə görüş keçirilib

Azərbaycanın Qırğızıstandakı səfirliyində diaspora fəalları ilə görüş keçirilib
# 18 avqust 2009 12:44 (UTC +04:00)
Bişkek. Ləman Ağayeva-APA. Azərbaycanın Qırğızıstandakı səfirliyində yerli diaspora ilə birgə altı aylıq fəaliyyətin yekunları və gələcək altı ay üçün görüləcək işlərə dair iş planının müzakirə edilməsi məqsədilə görüş keçirilib. APA-nın yerli bürosunun verdiyi məlumata görə, səfir Arif Ağayev Azərbaycan prezidenti İlham Əliyevin diplomatlar qarşısında qoyduğu tələb və vəzifələr barədə məlumat verərək bildirib ki, diasporların güclənməsi və dolğun nəticələrin əldə olunması üçün səfirlik və diaspora fəalları birlikdə işləməli və fəaliyyət proqramı qurmalıdır. Səfirliyin birinci katibi Vüqar İbrahimov çıxış edərək ötən 6 ay ərzində görülən işlərdən və nəticələrdən danışıb. O bildirib ki, sentyabrın ilk həftəsində səfirlik tərəfindən azərbaycanlıların sıx yaşadığı Kant şəhərində fəaliyyət göstərən “Bazar günü” məktəbinə 4 kompüter, 1 televizor, 1 videomaqnitofon və Azərbaycan televiziya kanallarını izləmək üçün peyk antennası veriləcək. Eyni zamanda “Bazar günü” məktəbində təhsil alan şagirdlərin Azərbaycana aid internet saytlarını izləmək üçün səfirliyin maliyyə yardımı ilə internet xətti quraşdırılacaq. Bu il həmin məktəbin müəlliminə səfirlik tərəfindən aylıq əmək haqqı verilməsi nəzərdə tutulub. Vüqar İbrahimov həmçinin Azərbaycan Mədəniyyət Mərkəzində fəaliyyət göstərən “Azəri” folklor musiqi qrupuna geyimlər və musiqi alətləri verilməsi üçün Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə edilən müraciətə müsbət cavab alındığı da bildirib. Görüşdə iştirak edən diaspora fəalları da ötən aylar ərzində görülən işlər barədə məlumat veriblər. Görüşdə Azərbaycan Mədəniyyət Mərkəzinin daha da səmərəli fəaliyyət göstərməsi üçün fond yaradılması qərara alınıb. Fonda diaspora fəalı Əsəd Əsədov rəhbərlik edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR