Bank Of Baku

“Qeyrət” Xalq Hərəkatının sədri Əlibala Əsgərov: “Gürcüstanda Azərbaycan dilinə bölgə dili statusu verilməlidir”

“Qeyrət” Xalq Hərəkatının sədri Əlibala Əsgərov: “Gürcüstanda Azərbaycan dilinə bölgə dili statusu verilməlidir”
# 19 avqust 2009 10:45 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Gürcüstanda fəaliyyət göstərən “Qeyrət” Xalq Hərəkatının rəhbərləri Bakıda bu gün mətbuat konfransı keçiriblər. APA-nın məlumatına görə, hərəkatın İdarə Heyətinin üzvü Zümrüd Qurbanov bildirib ki, onlar Bakıda olduqları müddət ərzində millət vəkilləri, Xarici İşlər Nazirliyinin nümayəndələri, Diasporla İş üzrə Dövlət Komitəsinin təmsilçiləri və QHT-lərlə görüşlər keçiriblər. Z. Qurbanov bildirib ki, Azərbaycanla Gürcüstan arasında bir çox sahələrdə əməkdaşlığın olmasına baxmayaraq, Borçalıda yaşayan azərbaycanlıların problemləri həll olunmamış qalır. O bir sıra problemlərin dondurulduğunu, bunun əvəzinə yeni problemlərin ortaya çıxdığını qeyd edib: “Borçalıdakı azərbaycanlıların torpağı yoxdur, Azərbaycan dili isə bazar səviyyəsində qalıb. Hazırda Gürcüstanda 20-dən çox Azərbaycan şirkəti fəaliyyət göstərir, Rusiya ilə olan müharibədən sonra investisiya sahəsində ciddi boşluqlar yaranıb. Azərbaycan bu ölkədə müxtəlif sahələrə investisiyalar qoya bilər və bu da ümumilikdə azərbaycanlıların vəziyyətinə təsir edər. Həmçinin, Borçalıya münasibətdə Azərbaycanın bir sıra dövlət qurumları arasında olan pərakəndəlik də aradan qaldırılıb”. Z. Qurbanov Azərbaycan prezidentinin və parlamentinin Gürcüstan azərbaycanlılarının problemlərinə diqqətlə yanaşdıqlarını vurğulayıb.

Hərəkatın sədri Əlibala Əsgərov bu problemlərin zaman-zaman ortaya çıxdığı və ötən müddət ərzində onlardan heç birinin həll olunmadığını qeyd edib: “Azərbaycan dili Gürcüstanda həmişə ikinci dil olub. Əgər Avropaya inteqrasiya olunmaq istəyən Gürcüstandan söhbət gedirsə, Azərbaycan dilinə bölgə dili statusu verilməlidir. Amma bu gün bələdiyyə ilə vətəndaşın yazışmasının da gürcü dilində aparılması tələb olunur. Halbuki həm bələdiyyə sədri, həm də vətəndaş azərbaycanlıdır”. Ə. Əsgərov azərbaycanlıların gürcü dilini bilməməsini əsas gətirərək dövlət idarəçiliyində işə götürülmədiyini də qeyd edib: “Amma bunlar doğru deyil. Yüzlərlə azərbaycanlı var ki, onlar Gürcüstanın ali məktəblərini bitiriblər və gürcü dilini mükəmməl bilirlər”.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR