Bank Of Baku

Çexiyalı alim İvan Meznik Gəncədə qaçqınlarla görüşüb - FOTO

Çexiyalı alim İvan Meznik Gəncədə qaçqınlarla görüşüb - <font color=red>FOTO</font>
# 25 avqust 2009 12:06 (UTC +04:00)
Gəncə. Cəmşid Bəxtiyar-APA. Azərbaycanın Ermənistan silahlı təcavüzü faktını araşdıran çexiyalı alim İvan Meznik və Avropadan olan diaspora nümayəndələrimiz Gəncədə yerli ziyalılar və qaçqınlarla görüşüblər. APA-nın Qərb bürosunun məlumatına görə, görüşdə Çexiyada yaşayan professor Azər Kərimov, çexiyalı şərqşünas alim İvan Meznik, Beynəlxalq Diaspora Mərkəzinin rəhbəri İsmayıl Ağayev və başqaları iştirak ediblər. Avropalı qonaq Azərbaycanda gördüyü və öyrəndiyi faktların bu məsələ ilə bağlı təsəvvürlərində köklü dəyişikliklər yaratdığını etiraf edib: “Mən Ermənistanın etnik təmizləmə siyasəti müqabilində Azərbaycanda hələ də 30 mindən artıq erməninin yaşamaqda davam etməsi faktını araşdırdım. Bunu bütün dünya eşitməli və sizin bu münaqişədə qərəzsiz, qisas və təcavüz hisslərindən azad bir xalq olduğunuzu bilməlidir. Dünya ictimaiyyəti təcavüzkarın yox, mədəni, sülhpərvər, tolerant insanların tərəfində olmalıdır”. Professor A. Kərimov çexiyalı həmkarı İ.Mezniklə birlikdə qaçqınlarla görüşdüyünü, görüşdə əldə etdikləri təəssüratları avropalılarla bölüşməyə tələsdiyini deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR