Bank Of Baku

Ulyanovsk şəhərinin mərkəzi meydanlarından birinə Heydər Əliyevin adı verilib

Ulyanovsk şəhərinin mərkəzi meydanlarından birinə Heydər Əliyevin adı verilib
# 27 avqust 2009 15:19 (UTC +04:00)
Bakı – APA. Ulyanovsk şəhərinin mərkəzi meydanlarından birinə Heydər Əliyevin adı verilib. APA-nın xəbərinə görə, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinə Ümumrusiya Azərbaycan Konqresi Ulyanovsk regional bölməsinin sədri İslam Hüseynovun məlumat verib.
İ.Hüseynov bildirib ki, Ulyanovsk şəhərinin meri Sergey Yermakov şəhərin Zasviyajsk rayonundakı Jiqulyovsk və Fruktovaya küçələrinin kəsişməsindəki meydana Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adının verilməsi barədə sənəd imzalayıb. Ulyanovsk vilayətinin qubernatoru Sergey Morozov deyib ki, bu şəhərdə Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsi Rusiya və Azərbaycan xalqları arasında dostluq və əməkdaşlığın möhkəmləndirilməsində və inkişafında mühüm rol oynayacaq.
Qeyd edək ki, bir qədər əvvəl bu haqda qərar Ulyanovsk şəhərində küçələrin, meydanların, prospektlərin və s. adlarının dəyişdirilməsinə dair komissiyanın iclasında qəbul edilib. Ötən il iyulun 11-də isə Ulyanovskda Heydər Əliyevin abidəsi açılıb. Ulyanovsk şəhərinin Zasviyajsk rayonundakı Jiqulyovsk və Fruktovaya küçələrinin kəsişməsində ucaldılmış abidənin müəllifi Azərbaycanın xalq rəssamı, Milli Elmlər Akademiyasının həqiqi üzvü, heykəltəraş, Azərbaycan Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarovdur.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR