Bank Of Baku

Bolnisinin Kazreti qəsəbəsində yaşayan azərbaycanlılar Gürcüstan prezidentinə müraciət ediblər

Bolnisinin Kazreti qəsəbəsində yaşayan azərbaycanlılar Gürcüstan prezidentinə müraciət ediblər
# 29 avqust 2009 10:57 (UTC +04:00)
Bolnisi. Nizami Məmmədzadə - APA. Gürcüstanın Bolnisi rayonunun Kazreti qəsəbəsində yaşayan bir qrup azərbaycanlı Gürcüstan prezidentinə müraciət edib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, onlar qəsəbədə torpaq paylanarkən azərbaycanlıların ehtiyacının nəzərə alınmadığını bildirərək dövlət başçısından kömək istəyiblər. Ancaq sahə müvəkkili müraciət müəlliflərini çağıraraq onlardan ərizələrini geri götürmələrini tələb edib. Sahə müvəkkili Vaxtanq Berilidze bu barədə mətbuata açıqlama vermək istəməyib. Bolnisi rayon İcra Hakimiyyəti başçısının müavini Ramin Əsədov isə Kazretidə yaşayan azərbaycanlıların şikayətini dinlədiyini deyib: “Burada 70 azərbaycanlı ailəsi yaşayır. Onların torpağa ehtiyacı olduğuna da bələdəm. Bu günlərdə Faxralı, Saraçlı, İmirhəsən, Qoçulu, Darvaz kəndlərində istifadə olunmayan torpaqlar barədə xüsusi hərrac keçiriləcək. Çalışacağıq ki, torpağa ehtiyacı olan Kazreti qəsəbə sakinləri də diqqətdən kənarda qalmasınlar”.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR