Bank Of Baku

Gürcüstanın qeyri-gürcü məktəblərində gürcü dilinin tədrisi ilə bağlı müsabiqə keçirilib

Gürcüstanın qeyri-gürcü məktəblərində gürcü dilinin tədrisi ilə bağlı müsabiqə keçirilib
# 01 sentyabr 2009 07:47 (UTC +04:00)
Marneuli. Nizami Məmmədzadə - APA. Gürcüstan Elm və Təhsil Nazirliyində qeyri-gürcü orta məktəblərində gürcü dilinin tədrisi ilə bağlı müəllimlər arasında müsabiqə keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, müsabiqədə gürcü dili və ədəbiyyatı ixtisası üzrə 55 müəllim iştirak edib. Müsabiqədən keçən müəllimlər yeni dərs ilindən 1000 lari maaş alacaqlar.

Marneuli Rayon Təhsil Resursları Mərkəzinin rəhbəri Kamandar İsmayılov APA-ya bildirib ki, bu, gürcü dili müəllimlərinin məsuliyyətlə çalışması üçün Gürcüstan prezidentinin təşəbbüsü, Elm və Təhsil Nazirliyinin təşkilatçılığı əsasında həyata keçirilən layihədir: “Müsabiqədə qalib gələn müəllimlər etnik azlıqların çoxluq təşkil etdiyi məktəblərdə gürcü dili fənn müəllimlərinin peşəkarlığını artırmaq üçün treninqlər, disputlar, söhbətlər keçirəcək, şagirdlər və valideynlərin iştirakı ilə müxtəlif tədbirlər təşkil edəcəklər. Marneuli rayonunda yerləşən Azərbaycandilli orta məktəblərə müsabiqədə qalib gəlmiş 11 müəllim göndərilib. Eyni zamanda layihə üzrə Qardabani, Bolnisi, Dmanisi və Zalqa bölgələrindəki Azərbaycandilli məktəblərdə də müsabiqədən qalib çıxmış müəllimlər müxtəlif tədbirlər keçirəcəklər. Onlar sentyabrın 14-də - yeni dərs ilinin ilk günündə fəaliyyətə başlayacaqlar”.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR