Bank Of Baku

Qardabanidə azərbaycanlıların təhsil aldığı 3 məktəb təmir olunacaq

Qardabanidə azərbaycanlıların təhsil aldığı 3 məktəb təmir olunacaq
# 07 sentyabr 2009 07:25 (UTC +04:00)
Rustavi. Nizami Məmmədzadə-APA. Gürcüstanın Rustavi şəhər büdcəsindən Qardabani rayonunda yaşayan soydaşlarımızın təhsil aldığı orta məktəblərin avqust ayında baş vermiş təbii fəlakətdən sonra təmiri üçün 100 min lari vəsait ayrılıb. Bu barədə APA-ya Kvemo-Kartli bölgə qubernatorunun müavini Hüseyn Yusifov məlumat verib: "Qardabani şəhərində azərbaycanlıların təhsil aldığı 2 orta məktəb və Vaxtanqisi kəndindəki 2 saylı orta məktəbdə təmir işləri aparmaq üçün bütün lazımi işləri sahmana salmışıq. Yaxın günlərdə təmirə başlayacağıq. Güclü yağışdan sonra yararsız hala düşmüş bu məktəblərdə soydaşlarımızın təhsil alması üçün istənilən şərait yaradılacaq."
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR