Bank Of Baku

Azərbaycanlı Nadir Ağayev Kalininqradın Leninqrad rayonunun administrasiya rəhbəri təyin olunub

Azərbaycanlı Nadir Ağayev Kalininqradın Leninqrad rayonunun administrasiya rəhbəri təyin olunub
# 07 sentyabr 2009 16:00 (UTC +04:00)
Moskva. R. Mətləboğlu-APA. Kalininqrad Döyüş Növləri Assosiasiyasının prezidenti Nadir Əliş oğlu Ağayev Kalininqradın Leninqrad rayonunun administrasiya rəhbəri təyin olunub. APA-nın Moskvadakı müxbirinin verdiyi məlumata görə, Nadir Ağayevin bu posta namizədliyi sentyabrın 9-da Kalininqrad vilayəti Şəhər Şurasının iclasında təsdiqlənəcək.

1956-cı ildə Azərbaycanın Cəlilabad rayonunda anadan olmuş Nadir Ağayev 1975-ci ildən Kalininqradda yaşayır. 9 il Şərq döyüş növləri klubunda məşqçi rəhbər vəzifələrində çalışan soydaşımız “Gənclərin sosial müdafiəsi” bələdiyyət müəssisəsinin direktoru olub. 9 il Kalininqrad şəhər Mərkəzi rayonunun administrasiyası rəhbərinin müavini, 1,5 il Kalininqradın Leninqrad rayonunun administrasiya rəhbərinin müavini vəzifəsində çalışıb. Bundan başqa o 1 il ərzində Leninqrad rayonunun administrasiya rəhbərinin səlahiyyətlərini icra edib. Leninqrad rayonu bütün Kalininqrad vilayətində ən böyük rayon hesab olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR