Bank Of Baku

Mərsin Universitetinin azərbaycanlı dekanı Ukrayna Elmlər Akademiyasının qızıl medalını alıb

Mərsin Universitetinin azərbaycanlı dekanı Ukrayna Elmlər Akademiyasının qızıl medalını alıb
# 10 sentyabr 2009 14:49 (UTC +04:00)
Mərsin. Mayis Əlizadə-APA. Mərsin Universitetinin fənn-ədəbiyyat fakültəsinin azərbaycanlı dekanı, professor Fəxrəddin Abdullayev Ukrayna Milli Mkademiyası Riyaziyyat İnstitutunun qızıl medalına layiq görülüb. APA-nın Türkiyə bürosunun məlumatına görə, professor Abdullayev, “Funksiyalar nəzəriyyəsi” kateqoriyasında verilən qızıl medalı alan 6 alimdən ən cavanıdır. Ukraynada riyaziyyat və fizika elmlərinin banilərindən olan məşhur alim M. M. Boqolyubovun ölümünün 100 illiyi münasibəti ilə Milli Akademiya Riyaziyyat İnstitutunun Kiyevdə keçirdiyi İİ beynəlxalq riyaziyyat konfransında 36 ölkədən 650 alim iştirak edib. 8 ildən bir keçiriliən konfransda iştirak edən Fəxrəddin Abdullayev “Funksiyalar nəzəriyyəsi” sahəsində qızıl medal alan ən cavan alim olub.Bundan əvvəl professor Abdullayev Ukraynanın “Kirillov mükafatı”nı da alıb.

Qeyd edək ki, 1957-ci ildə Şamaxı rayonunda anadan olan Fəxrəddin Abdullayev elmi fəaliyyətini 1997-ci ildən etibarən Türkiyədə davam etdirir. Əvvəlcə Trabzondakı Qara dəniz texniki universitetində müəllim işləyən professor Abdullayev, daha sonra Mersin universitetinə dəvət edilib. 2008-ci ildə 3 namizədin iştirak etdiyi seçkidə Mərsin Universiteti fənn-ədəbiyyat fakültəsinin dekanı seçilib. Türkiyənin elmi dairələri tərəfindən yaxşı tanınan professor Abdullayev Mərsin Universitetinin bacarıqlı idarəçiləri arasında yer tutur.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR