Bank Of Baku

Rusiyada jurnalist Musa Mərcanlıının Dağlıq Qarabağ münaqişəsinə həsr olunmuş kitabı işıq üzü görüb

Rusiyada jurnalist Musa Mərcanlıının Dağlıq Qarabağ münaqişəsinə həsr olunmuş kitabı işıq üzü görüb
# 14 sentyabr 2009 15:06 (UTC +04:00)
Moskva. R.Mətləboğlu-APA. Azərbaycanlı təhqiqatçı-jurnalist Musa Mərcanlıının “Qarabağ problemi geopolitik nöqteyi-nəzərdən: analitik rakurs” adlı kitabı Sankt-Peterburqda işıq üzü görüb. APA-nın məlumatına görə, kitabda erməni tarixçi və tədqiqatçıların yalanlarına və tarixi kütləvi şəkildə saxtalaşdırma faktlarına geniş yer verilib. Kitabda xüsusi ədəbiyyatdan başqa azərbaycanlı və erməni ekspertlərin analitik icmalları yer alıb. Müəllif “Qarabağ probleminin keçmişinə ekskursiya”, “Azərbaycan Milli Şurasının 3 saylı protokolu”, “Qarabağ probleminin sovet və postsovet dövrləri”, “Qarabağ probleminə iki yerli baxış” və “Problemə üçüncü baxış: Qarabağ münaqişəsi geopolitika güzgüsündə” bölmələrində reallıqları obyektiv dəyərləndirir və bu münaqişənin nizamlanma perspektivlərinə toxunur.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR