Bank Of Baku

Moskvada Azərbaycan Respublikası gecəsi keçirilib

Moskvada Azərbaycan Respublikası gecəsi keçirilib
# 16 sentyabr 2009 10:49 (UTC +04:00)
Moskva. R. Mətləboğlu-APA. Moskvada Azərbaycan Respublikası gecəsi keçirilib. APA-nın məlumatına görə, tədbir Rusiya Müftilər Şurası, Rusiyada Azərbaycan Gənclər Təşkilatının təşkilatçılığı, Moskva hökumətinin, “Nadejda” təhsil-mədəniyyət fondunun, Azərbaycanın Rusiyadakı səfirliyinin dəstəyi ilə baş tutub. Gecədə dualar oxunub və iştirakçılar üçün iftar süfrəsi açılıb. Toplantıda çıxış edən Azərbaycan səfirliyinin humanitar məsələlər üzrə müşaviri Nigar Axundova müqəddəs Ramazan ayında bu süfrəyə toplaşanlar arasında təkcə azərbaycanlıların deyil, çoxlu sayda digər millətlərin də nümayəndələrinin olduğunu bildirib: “Bu, bizim həm Azərbaycanda, həm də burada dostluq şəraitində yaşamağımızın göstəricisidir. Azərbaycanda əhalinin əksəriyyəti islam dininə tapınır, bununla belə ölkədə digər dinlərin nümayəndələrinə qarşı hörmət bəslənir və bütün dindarlar eyni hüquqlara malikdir. Azərbaycanda məscidlərlə yanaşı, xüsusilə son illərdə kilsələr, məbədlər, sinaqoqlar tikilir. Bakıda Roma Papası ilə razılaşdırılmış şəkildə katolik kilsəsi tikildiyi hamıya məlumdur”. Səfirliyin nümayəndəsi tədbirin keçirilməsi üçün xoş məram nümayiş etdirdiyinə və yüksək təşkilatçılıq nümayiş etdirdiyinə görə Rusiya Müftilər Şurasına, Rusiyada Azərbaycan Gənclər Təşkilatına və şəxsən təşkilatın rəhbəri Leyla Əliyevaya minnətdarlıq edib. Toplantı iftar süfrəsi arxasında davam edib.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR